Xaçmaz rayonunda Bəybala Rəsulov adına 5 nömrəli tam orta məktəb istifadəyə verilib və bununla bağlı açılış mərasimi keçirilib.
Açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar o cümlədən, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, millət vəkili Eldəniz Səlimov və digər rəsmi şəxslər iştirak ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək şagirdləri təbrik edib və ölkə Başçısının təhsilə olan qayğısından bəhs edib.
Millət vəkili E. Səlimov və digər bir neçə şəxs açılış mərasimində çıxış edərək məktəbliləri, ilk dəfə məktəbə qədəm basan “birincilər”i, adı çəkilən məktəbin müəllim kollektivini yeni dərs-tədris ilinin başlanması münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıblar.
Həmçinin, yeni və son dərəcədə müasir standartlara cavab verən məktəb binasının tikilib, istifadəyə verilməsinin dərs-tədris prosesinin keyfiyyətini daha da yaxşlaşdıracağına, şagirdlərin bilik səviyyəsini artıracağına əminliklərini vurğulayıblar.
Eyni zamanda, yeni məktəb binasının tikintisinin ölkədə aparılan quruculuq-abadlıq işlərinin, ölkə təhsilinə dövlət və hökumət səviyyəsində yüksək önəm verilməsinin, Azərbaycan təhsilinin səviyyəsinin yüksəldilməsinin ölkə prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətində olmasının nəticəsi kimi dəyərləndiriblər.432 şagird yerlik məktəb məktəblilərin ixtiyarına verilib.