Bərdədə qonşu olan oğlanla qız intihar etdi

Bərdədə qonşu olan oğlanla qız intihar etdi Bu gün gecə saatlarında Bərdənin Qasımbəyli kəndində iki gənc intihar edib.

“Qafqazinfo” xəbər verir ki, kənd sakini, 1990-cı il təvəllüdlü İlyasov Tural Xəqani oğlu özünü bıçaqlayıb.

Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb.

Eyni vaxtda həmin kənddə yaşayan 2000-ci il təvəllüdlü Əliyeva Bahar Əhliman qız isə özünü asıb.

İntihar edən şəxslərin Qasımbəyli kəndində qapıbir qonşu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər