Rəqsanənin müğənni qızı: “Şou proqrama çıxıb, 30 manatlıq menyuda olmaq özümə hörmətsizliyimdir”
“Mənim anamla bağlı söz deməyim düzgün deyil. Biz fotoşopdan istifadə etmirik, haramızısa, arıqlatmırıq, çünki genetikamız incədir. Mən 53, anam 49 kilodur. Bizim şəkillərimizə ancaq rəng verilir. Haqqımızda çıxan fotoşop xəbərləri doğru deyil”.
Bu sözləri müğənni Aysun anası Rəqsanə İsmayılovanın fotoşoplu şəkillərlə gündəmə gəlməsinə münasibət bildirərkən deyib.
Musavat.com-un suallarına cavab verən ifaçı artıq öz adı ilə tanınmaq istədiyini də dilə gətirib: “Anam olmasaydı, indiki kimi hörmətli olmazdım, asan tanınmazdım. Tanınsaydım da, deyəcəkdilər ki, kiminsə sevgilisidir, qabağa çəkir, onun pulunun hesabına tanınır. Mən əziyyət çəkirəm, bahalı işlər təqdim edirəm, 300 manata mahnı sözü alıb, 500 manata aranjeman etdirmirəm. Bir mahnıya 2500-3000 manat pulum çıxır. Media nümayəndələrindən xahiş edirəm ki, məni Rəqsanənin qızı Aysun kimi təqdim etməsinlər. Anamla daim fəxr etmişəm. Şükürlər olsun ki, onun qızıyam. Amma mən də işlər görürəm, dayanmadan sənətim üzərində çalışıram ki, öz yerimi tutum. Sabah konsert verəndə deməyəcəklər ki, oxuyur Rəqsanənin qızı Aysun. Orada məni Aysun İsmayılova kimi təqdim edəcəklər.
– Reymenin “Ela” mahnısına rəqs etdiniz, amma birmənalı qarşılanmadı və tənqid olundunuz.
– Rihanna oynayanda hamı ağzı açıq baxır, biz oynayanda söyürlər. Yazılanlara dözməyib, videonu sildim. Uzun müddət rəqs edib, paylaşmayacağam. Bizdə rəqs normal qarşılansaydı, tamamən başqa səhnələr göstərərdim. Rəqqaslarla səhnəyə çıxardım, elə geyimlər geyinərdim ki, möhtəşəm görünərdim. Səmra Rəhimli ilə Dilarə Kazımova cəsarətli geyimlər geyinib, rəqslər edir. Onları elita izləyir. İkisini də sevirəm. Mən o səhnələri rahat göstərərəm, amma içimdə bir şey məni çıxır. Səhnəyə görə gələcəyimi, ailəmi qurban verə bilmərəm. Gələcəyimi düşünən xanımam. Ailə qurmaq istəyirəm. İnsanlar qısa geyinən qıza tərbiyəsiz kimi baxırlar. Amma adi qızlar toya elə geyinir ki. Amma mən toya uzun don geyinirəm. İnsanlar normal qarşılayana kimi çərçivədən çıxmayacağam.
– Yalnız Azərbaycanda işlər görəcəksiniz, yoxsa digər müğənnilər kimi Türkiyəyə üz tutmaq niyyətinizdəsiniz?
– Cavanlardan kimsə ora getməyib. Ancaq Ali Türkoğlu tanınır, onun da azərbaycanlı olduğunu çox adam bilmir. AleynaTilki tərzində kimsə Azərbaycandan getsə, tanınacaq. Bizimkilər Azərbaycandakı tərzlərindən çıxa bilmədikləri üçün Türkiyədə tanınmırlar.
– Türkiyədə az da olsa, Azərbaycanda isə asan tanınmağın yolu “O səs Türkiyə” müsabiqəsinə qatılmaqdır. Sizin elə fikriniz var?
– Düzdür. Amma mən heç bir müsabiqəyə qatılmaq istəmirəm. Orada oturanlar məndən artıqdır ki, qabaqlarında çıxış edim? Oraya gedənlər Azərbaycanda tanınmaq üçün bunu edir. Mən Allaha şükür tanınıram. Orada tanınmaq istəsəm, fərqli işlər görərəm. Anam illərin sənətçisidir, o mənə hə deyib, dəstək olub. “O səs”də oturanlar kimdir ki, mənə qiymət versin?!
– Şou-biznesdə yaşanan qalmaqalları izləyirsiniz?
– Mən qalmaqaldan uzaq adamam. Kiminsə mənimlə problemi olsa, “hə” deyib keçirəm. Dava-dalaş sevən biri deyiləm. “İnstagram”da hamını “like” edib, keçirəm, oxumuram. Bəlkə də o adam məni söyüb, oxumuram. Kimsə zəng edib deməsə ki, filan kəs sənə filan söz deyib, xəbərim olmaz.
– Sabir Samiroğlu ilə işbirliyiniz oldu, bəyənildi. Amma səslərinizdə fərqlilik vardı, sanki hansınızınsa səsində düzəliş etmişdilər.
– Mən studiyaya girib 15 dəqiqəyə oxuyub bitirdim. Sabir hazırlıqsız gəlmişdi deyə onda alınmadı. O sonradan mahnıları ifa etdi. Səsimiz uyğun gəlmədiyi üçün onun səsində düzəliş etdilər, detonları təmizləmişik. Sabirlə ikinci layihə haqqında düşünürük. Amma əmin deyilik. İlk işimiz uğurlu alındı, ona görə bir az fasilə vermişik. Gələcəkdə maraqlı layihəmiz olacaq. O layihədən sonra tanınmamış insanlar bizə böyük məbləğdə pullar təklif etdilər ki, duet oxuyaq. Qəbul etmədik. Çünki o insanlar mənə mahnısını göstərsəydi, dinlətsəydi, bəlkə də bəyənib, işbirliyi qurardım. Pul gücünə işbirliyi qurmağa çalışmaq düzgün deyil, müğənniyə hörmətsizlikdir. Çünki mən pula qaçan insan deyiləm.
– Bəs sosial şəbəkədən qazanc əldə edirsiniz?
– Mən çox reklam paylaşmıram. Özümün istifadə edib, bəyəndiyim məhsulları reklam edirəm. Bəzən mənə deyirlər ki, şou proqramlara niyə çıxmırsan? Deyirəm ki, 3000 pul xərcləyib aldığım mahnını 30 manat qazanacağım məclisdə oxumaq istəmirəm, 30 manatlıq menyuda olmaq özümə hörmətsizliyimdir.