“X maqazin” şou-biznes nümayəndələri arasında sorğu apararaq, onlardan yay istirahətinə xərclədikləri məbləği soruşub.
Müğənnilər “10 günlük istirahətə nə qədər pul xərclənir” sualına müxtəlif cavablar veriblər. Çoxları isə xərclədiyi məbləği açıqlamaqdan çəkinib.
Sevda Yahyayeva heç vaxt məbləğ demədiyini bildirib. ifaçı hər kəsə yayda ürəyincə dincəlməyi diləyib.
Rüfət Axundov isə “İki nəfər 5 min manata gedib beşulduzlu oteldə dincələ bilər. Hər şey daxil xidməti ilə… Azərbaycanda isə bir gün 250-300 manata gəlib çıxır” sözlərini söyləyib.
Aynur Dadaşova isə dincəlməyə vaxt tapmadığını söyləyib:
“Azərbaycanda gedib yaxşı oteldə 10 gün dincəlməyə 10 min manat lazımdır”.
Rəvan Qarayev isə Türkiyədə bu yaxınlarda təkcə gəzmək üçün 1500 manat xərclədiyini bildirib:
“Buna otel, yemək daxil deyildi. Amma belə tək gedəndə 5-6 min xərcləyirəm”.
Günay İbrahimli isə hər zaman istirahətin ona baha başa gəldiyindən gileylənib:
“Ötən il getdiyim istirahətdə 8 günə 10 min dollar xərclədim. Əvvəldən bilet ala bilmirəm, işlərimə görə alınmır. Gəzintiyə 2-3 gün qalmış bilet aldığım üçün baha olur”.
Dilarə Kazımova isə çox pul xərclədiyini etiraf edib:
“Maldiv bahadır, 4 mindən çox xərclədim. Çox vaxt isə xaricdə dostlarımın evində qalıram”.
Tarix Əliyev isə çox az pulla dincəldiyini söyləyib:
“Çox pul xərcləyən deyiləm. 200 dollarla 1 həftə qala bilərəm. Gedib günümü dönərlə yola verərəm”.