Nazir: “AXC Hökuməti Gürcüstan, Ermənistan, Türkiyə, Ukrayna və digər ölkələrdə diplomatik və konsulluq missiyalarına malik idi…”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar AzərTAc-a müsahibəsində Azərbaycan Xalq Cümhuriyyəti dövründəki diplomatik əlaqələrimizdən də söz açıb. Nazir bildirib ki, Azərbaycan diplomatiyasının bir əsrlik yolu barədə daha aydın təsəvvürün yaradılması üçün AXC-nin mövcudluğu zamanı Bakıda 16 dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa, Ukrayna və digər ölkələrin diplomatik missiyalarının fəaliyyət göstərdiyini yada salmaq olar.
“AXC hökuməti, öz növbəsində Gürcüstan, Ermənistan, Türkiyə, Ukrayna və digər ölkələrdə diplomatik və konsulluq missiyalarına malik idi. Hələ mən Paris Sülh Konfransındakı nümayəndə heyətimizi qeyd etmirəm. Hazırda isə Bakıda 66 ölkənin və 11 beynəlxalq təşkilatın diplomatik missiyaları fəaliyyət göstərir və eyni zamanda Azərbaycanın xaricdə 59 səfirliyi, beynəlxalq təşkilatların yanında 5 daimi nümayəndəliyi və 9 baş konsulluğu ölkəmizi təmsil edir”, – deyə XİN başçısı bildirib.
Burada xüsusilə də Ermənistandakı nümayəndəliyimizin olması məsələsi diqqəti çəkir. “Yeni Müsavat” məsələnin ictimaiyyətə də maraqlı olacağını nəzərə alaraq, həmin zaman Azərbaycanın Ermənistandakı nümayəndəliyi barəsində daha geniş məlumat verir.
Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin diplomatiya tarixində ən gərgin münasibətləri, şübhəsiz ki, Ermənistanla olub. Hələ müstəqillikdən öncə erməni silahlı dəstələri indiki Ermənistan ərazisində yerli azərbaycanlılara qarşı kütləvi qırğınlar törədirdilər. Müstəqillik əldə edildikdən sonra – 1918-ci ilin yayında Azərbaycanla Gürcüstan arasında nümayəndəlik səviyyəsində diplomatik əlaqələr qurulub. Azərbaycanla Ermənistan arasında birbaşa diplomatik münasibətlərin yaradılması isə yalnız 1919-cu ilin əvvəlində mümkün olub. Həmin vaxtadək Ermənistanla yazışmalar Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi vasitəsilə həyata keçirilib. Azərbaycanla Ermənistan arasında diplomatik yazışmalara aid sənədlər əsasən Xalq Cümhuriyyəti Xarici İşlər və Müdafiə nazirliklərinin fondlarında, Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinin fondunda və Sovet Azərbaycanı Xarici İşlər Komissarlığının fondlarında saxlanılır. Tarixi mənbələrdə qeyd edilir ki, 1918-ci il mayın 28-də dövlət müstəqilliyinin elan edilməsindən yarım ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistanla Azərbaycan arasında birbaşa diplomatik münasibətlər qurulması mümkün olmamışdı. Bu səbəbdən də Azərbaycanın xarici işlər naziri iyunun 22-də Gürcüstandakı daimi nümayəndəsinə göndərdiyi məktubda bildirmişdi ki, Ermənistan hökumətinin, o da təşkil edilməyibsə, Erməni Milli Şurasının nəzərinə çatdırsın ki, Azərbaycan-Ermənistan sərhədlərini elan etmək üçün xüsusi komissiya yaradılmalıdır. Əgər Ermənistan hökuməti bu təklifi bəyənərsə, görüş yerini və vaxtını bildirmək təklif edilmişdi. Lakin Ermənistan tərəfi Batum müqaviləsinin şərtlərinə məhəl qoymayaraq, yeni ərazilər ələ keçirmək üçün hərbi təcavüzünü davam etdirməklə yanaşı, Dağlıq Qarabağa dair ərazi iddiası irəli sürmüşdü.
Ermənistan hökuməti yalnız 1919-cu il fevralın 1-də Azərbaycanın İrəvan şəhərində daimi nümayəndəliyinin fəaliyyətə başlamasına razılıq verib. Azərbaycanın Ermənistanda diplomatik nümayəndəliyi fəaliyyətə başlayanadək İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq təşkilatları, Azərbaycan mətbuatını və rəsmi dairələri İrəvan Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti və İrəvan Quberniyası Həmyerliləri Təşkilatı məlumatlandırırdı.
İlk nümayəndəmiz Məhəmməd xan Təkinski olub. O, 1879-cu ildə Türküstanda anadan olub. 1881-ci ildə rusların Axal-Təkə qalasına hücumu zamanı valideynlərini itirən iki yaşlı Məhəmmədi rus ordusunun polkovniki Ehsan xan Naxçıvanski oğulluğa götürüb. Məhəmməd 1901-ci ildə Tiflis birinci kişi gimnaziyasını, 1908-ci ildə Novorossiysk Universitetinin hüquq fakültəsini bitirib. Məhəmməd xan Təkinski 1918-ci il iyul ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətinə cəlb olunub. Cümhuriyyətin süqutundan sonrakı dövrdə Məhəmməd xan Təkinskinin fəaliyyəti barədə hələlik məlumat əldə edilməyib. Tədqiqatçı Ədalət Tahirzadənin verdiyi məlumata görə, Məhəmməd xan Təkinski repressiyaya məruz qalaraq, 18 mart 1938-ci ildə güllələnib.
2 aprel 1919-cu ildə Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M. Təkinski xarici işlər naziri M. Cəfərova göndərdiyi məlumatda bildirirdi ki, martın 19-da Ermənistan hökuməti onun şərəfinə verdiyi nahar zamanı natiqlər Azərbaycanla dostluq münasibətlərinin qurulmasının zəruriliyindən danışıblar. M. Təkinski martın 18-də Eçmiədzində katolikosla görüşü zamanı katolikosun Ermənistanla müsəlmanlar arasında dostluğun zəruriliyini vurğuladığını, müsəlmanlarla dinc yaşamaq üçün erməni xalqına müraciət edəcəyini vəd etdiyini yazır. M. Təkinski mazut olmaması səbəbindən Eçmiədzin kilsəsinin və katolikosun iqamətgahının işıqlandırılmadığını yazır və əlavə edir ki, o, katolikosa mazut göndəriləcəyini vəd verib və xarici işlər nazirindən xahiş edir ki, katolikosa çatdırılması üçün çəlləklərdə yalnız 200 pud mazut göndərilsin. Daha sonra M. Təkinski qaçqınların vəziyyətinin ağır olduğunu və dərhal onlara kömək göstərilməsi lüzumunu qeyd edirdi.
3 may 1919-cu ildə Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.Təkinskinin Azərbaycan hökumətinin başçısına göndərdiyi teleqramda Ermənistan ordusunun Naxçıvana yeridilməsi ilə bağlı Azərbaycan hökuməti adından Ermənistan xarici işlər nazirinə etiraz məktubu göndərdiyini bildirirdi.
Mayın 16-da M.Təkinski Azərbaycan hökumətinin başçısına göndərdiyi şifrəli teleqramda bildirirdi ki, erməni polkları Naxçıvan üzərinə hücuma keçib. Ermənistana təzyiq etmək üçün M.Təkinski təklif edirdi ki, qoşunları Ermənistanla sərhəddə cəmləşdirmək lazımdır.
4 iyun 1919-cu ildə Azərbaycan xarici işlər nazirinin müavini A.Ziyadxanov Ermənistandakı diplomatik nümayəndə M.Təkinskiyə göndərdiyi teleqramda Fövqəladə Parlament İstintaq Komissiyası yaratmaq üçün İrəvan quberniyasında ermənilərin törətdikləri qırğınlar barədə İrəvan Milli Şurası ilə birlikdə məlumat toplamağı tapşırmışdı. Bu məqsədlə parlamentin 10 milyon vəsait ayırmaq istədiyi də teleqramda qeyd olunmuşdu…
Bundan sonra diplomatik nümayəndəliyə Əbdürrəhim bəy Haqverdiyev və M. Mirbabayev, 1920-ci ilin fevralında isə Teymur bəy Makinski başçılıq ediblər. Nümayəndəlik aprel işğalından (1920) sonra – 1920-ci ilin mayında ləğv edilib.