1918-ci ilin bu günü bir qrup vətənpərvər Azərbaycan oğlu canından-qanından keçərək çar Rusiyasından qoparaq müstəqil Azərbaycan dövlətinin yarandığını elan etdi.
Bu möhtəşəm yubiley günündə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlı kiçik tarixi yazını oxucuların ixtiyarına verir.
AXC nədir?
Azərbaycan xalqının çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci dünya müharibəsi (1914-18) dövründə Şimali Azərbaycanda (Rusiya Azərbaycanında) yaranmış müstəqil dövlət (1918, 28 may - 1920, 28 aprel).
Dünya tarixinin ən demokratik dövlət qurumlarından biri.
Türk-müsəlman Şərqində ilk parlamentli respublika.
AXC-nin paytaxtı əvvəlcə Gəncə (1918, 28 may - 17 sentyabr), sonra Bakı şəhəri (1918, 17 sentyabr- 1920, 28 aprel) idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər idi. 1918 ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Respublikası yaradıldı. AXC Hökuməti, həmçinin, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Respublikasının "siyasi mərkəzi" kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi. AXC-nin əhalisi 3,3 milyondan çox idi. Dövlət hakimiyyəti üç qoldan ibarət idi: Parlament, Hökumət, məhkəmə hakimiyyəti. Dövlət Parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu. Parlamentdə Azərbaycan ərazisində yaşayan bütün xalqlar, o cümlədən sayları çox az olan xalqlar da öz deputatları ilə təmsil olunmuşdular (türk-müsəlman əhali - 80, ermənilər -21, ruslar - 10, almanlar - 1, yehudilər - 1, gürcülər - 1, polyaklar - 1, Bakı həmkarlar ittifaqları - 3, Bakı Neft Sənayeçiləri İttifaqı - 2).
İcra hakimiyyəti Hökumətə məxsus idi. Hökumət Parlament qarşısında cavabdeh idi. AXC Hökuməti 1918 il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920 il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Paris sülh konfransının qərara (1920, 11 yanvar) əsasən müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə (Türkiye, İran, Ukrayna, Böyük Britaniya, ABŞ, Fransa, İtaliya, Polşa, İsveç, İsveçrə, Latviya, Litva, Estoniya, Finlandiya, Rumıniya, Almaniya, Gürcüstan, Ermənistan, Dağlılar Respublikası, Krım və b.) səfirlik və nümayəndəlliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdı. AXC müstəqil məhkəmə sisteminin yaradılması sahəsində də mühüm tədbirlər həyata keçirmişdi. Azərbaycan Xalq Cümhuriyyəti 1920 il aprelin 28- de beynəlxalq hüquq normalannı kobudcasına pozan Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya ilhaq olundu. Sosializm sistemi və Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dağıldıqda, Azərbaycan xalqı Şimali Azərbaycanda dövlət müstəqilliyini yenidən bərpa etdi (1991, 18 oktyabr). Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
Ərazi və əhali.
Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi haqqında ilk dəfə İstiqlal bəyannaməsində bəhs edilmişdi. Həmin sənəddə göstərilirdi ki, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan tamhüquqlu müstəqil dövlətdir. Lakin yenicə yaranmış Cənubi Qafqaz respublikalarının əraziləri və sərhədlərinin konkretləşdirilməsi ciddi problemlərlə qarşılaşdı. Azərbaycan və Erməni Milli Şuraları arasında sərhəd məsələləri üzrə danışıqların nəticəsi Azərbaycan Milli Şurasının 1918 il 29 may tarixli iclasında müzakirə edildi. Səs çoxluğu ilə İrəvan Ermənistan Respublikasına güzəşt edildi və onun paytaxtı kimi tanındı. Həmin qərar qəbul olunarkən hər iki respublikanın gələcəkdə konfederasiya şəklində birləşəcəyi, Ermənistanın Qarabağın dağlıq hissəsinə olan əsassız iddiadan əl çəkəcəyi və başqa məsələlər nəzərə alınmışdı. Lakin tarix bu addımın yanlış olduğunu göstərdi. Ermənilər həmin güzəştlərdən istifadə edərək, yeni-yeni ərazi iddiaları irəli sürdülər. İrəvan quberniyasında, Qarayazıda olan Azərbaycan hərbi hissələrinin 24 saat müddətində oradan çıxarılması haqqında ultimatum verdilər, azərbaycanlılara qarşı yeni soyqırımları həyata keçirməyə başladılar və bununla, həmin əraziləri zor gücünə ələ keçirməyə cəhd göstərdilər. Azərbaycanla Gürcüstan arasında da sərhəd mübahisələri vardı. Gürcüstan hökuməti keçmiş Tiflis quberniyasına daxil edilmiş Azərbaycan torpaqlarını - Borçalı, Qarayazı və Sığnax mahallarını Azərbaycana qaytarmaqdan boyun qaçırdı. Gürcü silahlı qüvvələri alman hərbi dəstələri ilə birləşərək, 1918 il iyunun əvvəllərində Borçalıya daxil oldular. Ayın 14-də Azərbaycanın Xarici İşlər Nazirliyi azərbaycanlıların məskunlaşdığı Borçalıya və digər ərazilərə birləşmiş gürcü-alman hərbi qüvvələrinin yeridilməsinəqarşı nota verdi, sərhəd məsələsinin siyasi yolla həll olunmasını təklif etdi. Gürcüstan hökuməti buna razılıq vermədi. Cənubi Qafqaz respublikaları arasındakı ərazi mübahisələri daha kəskin şəkil almağa başladı. Buna görə də həmin problemin beynəlxalq İstanbul konfransında müzakirə edilməsi qərara alındı. 1918 ilin noyabrında Əlimərdan bəy Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə göndərdiyi xüsusi memorandumda Azərbaycanın ərazisi müəyyənləşdirilirdi. Bu məsələ daha geniş şəkildə Paris sülh konfransındakı Azərbaycan sülh nümayəndəliyinin tələblərində də əks olunmuşdu. Həmin sənədə əsasən, Azərbaycan Xalq Cümhuriyyəti aşağıdakı əraziləri əhatə edirdi: Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası); Yelizavetpol (Gəncə) quberniyası (Yelizavetpol, yəni Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin, yəni Cəbrayıl qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi kimi qalırdı)); İrəvan quberniyası (Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, habelə Yeni Bəyazid qəzası, Eçmiədzin və Aleksandropol qəzalarının bir hissəsi); Tiflis quberniyası (Borçalı qəzası, Tiflis və Sığnax qəzalarının bir hissəsi); Zaqatala mahalı; Dağıstan vilayəti (Kürə və Samur nahiyələrini əhatə edən ərazinin bir hissəsi, habelə Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla, QaytaqTabasaran qəzasının bir hissəsi).
Bundan başqa, Azərbaycan Cümhuriyyəti Tiflis quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən Qars əyalətlərini də öz ərazisinə daxil etməyə xüsusi əhəmiyyət verirdi.
Lakin ərazi məsələlərini dinc yolla həll etmək mümkün olmadı. Birinci dünya müharibəsində məğlub olan Os manlı imperiyası hərbi qüvvələrini Cənubi Qafqazdan çıxaran kimi ermənilər daha da fəallaşdılar, ərazi iddiası ilə 1918 ilin sonunda Gürcüstanla apardıqları müharibə nəticəsində Borçalı mahalında Lorini və onun ətraflarını zəbt etdilər. Ermənistan Azərbaycanın tarixi torpaqlarına olan iddialarını həyata keçirmək üçün Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə soyqırımların ı daha da genişləndirdi. Naxçıvanda bu siyasətin qarşısını almaq üçün 1918 ilin noyabrında Araz Türk Cümhuriyyəti yaradıldı və bu Cümhuriyyət sonra Cənub-Qərbi Qafqaz Demokratik Cümhuriyyəti ilə birləşdirildi. Cənubi Qafqaz dövlətləri arasındakı ərazi mübahisələrini müzakirə etmək üçün, nəhayət, 1919 il aprelin 25-də Tiflisdə konfrans çağırıldı. Lakin konkret nəticə verməyən Tiflis konfransı da iyunda işini dayandırdı. Son dərəcə mürəkkəb beynəlxalq və daxili vəziyyətə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti ərazi və sər-həd məsələlərinə həyati əhəmiyyət verirdi. Cümhuriyyət Hökuməti Cənubi Qafqazdakı bütün tarixi Azərbaycan torpaqlarını öz nəzarəti altında saxlamağa çalışırdı.
* İrəvan quberniyasının mübahisəsiz ərazisinə daxildir:Şərur-Dərələyəz qəzasının I və II polis sahələri; Naxçıvan qəzasının I, II, III və IV polis sahələri; Yeni Bəyazid qəzasının I və II polis sahələri.
** İrəvan quberniyasının mübahisəli ərazisinə daxildir: İrəvan qəzasının I, II, III və IV poIis sahələri, Eçmiədzin qəzasının II və III polis sahələri; Sürməli qəzasının I, II və III polis sahələri; Yeni Bəyazid qəzasının III polis sahəsinin bir hissəsi;
* Mübahisəli zonanın tərkibinə Tiflis quberniyasının aşağıdakı hissələri daxildir: Tiflis qəzasının II və III polis sahələri; Sığnax qəzasının V polis sahəsi; Borçalı qəzasının I, II, III və IV polis sahələrinin bir hissəsi.
Göründüyü kimi, Cümhuriyyətin ərazisi 113,9 min kv. km-ə bərabər idi (o cümlədən, mübahisəsiz ərazi 97,3 min kv. km; mübahisəli ərazi 16,6 min kv. km).
Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı qısa dövr ərzində ərazisini və sərhədlərini qorumaq sahəsində mühüm işlər gördü. Lakin Aprel işğalı (1920) və Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra Sovet Rusiyasının yeritdiyi ayrıseçkilik siyasəti nəticəsində Azərbaycan əraziləri daha da azaldıldı. Yeni yaradılan Azərbaycan Sovet Sosialist Respublikasının sərhədləri 86,6 min kv. km müəyyən edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin 27,2 min kv. km Azərbaycan xalqının əlindən alındı.
Süqutu
Sovet Rusiyası tərəfindən təhlükə getdikcə artırdı. Buna görə də 1920-ci il yanvarın 2-də RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerin ağqvardiyaçı Anton Denikin ordusuna qarşı hərbi ittifaq bağlamaq təklifilə xarici işlər naziri F.Xoyskiyə göndərdiyi nota, Azərbaycanı Rusiyanın daxili münaqişələrə cəlb etmək və bununla da gələcəkdə Azərbaycanı işğal etmək üçün nəzərdə tutulan siyasi manevrədən başqa bir şey deyildi. Çiçerin notasının əsas məqsədini düzgün başa düşən Azərbaycan xarici işlər naziri F.Xoyski, bu təklifi Azərbaycanın Rusiyanın daxili işlərinə müdaxiləsi kimi qiymətiləndirərək rədd etdi. F.Xoyski özünün 1920-ci il 14 yanvar tarixli cavab məktubunda məhz bu faktı vurğulayırdı ki, Denikin məsələsi Rusiya dövlətinin daxili işidir və Azərbaycan suveren dövlət kimi başqa suveren dövlətin daxili işlərinə müdaxiləyə yol verə bilməz. Bununla da nazir, müstəqil Azərbaycanın daxili işlərinə qarışmamağı tələb etdi.
Yanvarın 11-də Paris Sülh Konfransında Lord Corc Kerzonun təklifilə müttəfiqlərin Ali Şurası aşağıdakı məzmunda qərar qəbul Etdi: "Müttəfiq vo birləşmiş dövlətlər Azərbaycan və Gürcüstan hökumətlərini de-fakto səviyyəsində birgə tanıyırlar". Az sonra Yaponiya Ali Şuranın 11 yanvar tarixli qərarına qoşuldu. Yanvarın 13-də ABŞ-ın Parisdə səfiri Valles Britaniya və Fransanın Azərbaycan və Gürcüstanın müstəqilliyini de-fakto tanıması və onlara yardım göstərməyə hazırlaşmaları barədə Vaşinqtona məlumat verdi.
Hökumətin siyasətinə qarşı onun bəzi üzvləri də müxalifətçi mövqe tutdular. Əsas mübarizə liberal xəttin tərəfdarı daxili işlər naziri Məmmədhəsən Hacınski ilə radikal tədbirlər tərəfdarı xarici işlər naziri F.Xoyski arasında haş verdi. Radikallar qalib gəldilər və 1920-ci il fevralın 18-do Məmmədhəsən Hacınski daxili işlər naziri vəzifəsindən getdi və "Müsavat" partiyasını üzvü Mustafa bəy Vəkilov daxili işlər naziri təyin edildi. 1920-ci il martın 23-də Əhməd bəy Pepinov nazir səlahiyyətlərindən əl çəkdi. Bu hadisə, vəziyyəti mürəkkəbləşdirdi. Pepinovun ardınca aprclin 9-da digər sosialist nazir Camo bəy Hacınski də istefa verdi. Sosialistlər fraksiyasının üzvlərinin və İttihad nümayəndələrinin getməsi hökumət böhranını kəskinləşdirdi. Hökumətdə qalan müsavatçılar artıq Nazirlər Kabinetinin süqutunun qarşısını almaq iqtidarında deyldilər. Beləliklə, müstəqillik mövqeyindo duran bütün siyasi qüvvələrin səmərəli işbirliyinə bəslənilən ümidlər özünü doğrultmadı. Sovet təhlükəsinə qarşı mübarizə üçün ümumi platlforma hazırlamaq mümkün olmadı, nəticədə Sovet qoşunlarının Azərbaycan sərhədlərinə yaxınlaşması haqqında alınan ilk xəbərlər hökümətin dağılmasına gətirib çıxartdı.
XI Ordunun ön dəstələri artıq aprelin 27-ə keçən gecə, Bakıdakı kommunistlərin çıxışlarının başlanmasına qədər, planı əvvəlcədən Serqo Orconikidzenin fəal iştirakı ilə Mixail Tuxaçevski və qərargahın rəisi S.A.Puqaçovun rəhbərliyi altında Qafqaz cəbhəsi qərargahı tərəfindən hazırlanmış Bakı əməliyyatına həyata keçirilməsinə başladı. Qafqaz cəbhəsi komandanlığının 490 No-ü 1921-ci il aprel tarixli direktivinə əsasən XI Ordunun komandanı Mixail Karloviç Levandovski aprelin 27-də Azərbaycan sərhəddini keçməli və ən qısa müddətdə Bakı quberniyası ərazisini tutmalı idi.
Aprelin 27-də saat 1-ə 5 dəqiqə işləmiş, Azərbaycan parlamentinə ultimatum verilməsindən 12 saat əvvəl Anastas Mikoyan, Q.Cəbiyev və Qəzənfər Musabəyovun da olduğu "III Beynəlmiləl" zirehli qatarı Samur körpüsündən keçdi və yol boyu qəflətən yaxalanmış azsaylı və pərakəndə Azərbaycan Ordusu hissələrinın müqavimətini qırmaqla Bakıya hərəkət etdi. İki saatlıq qanlı döyüşlərdən sonra zirehli qatarlar Yalama stansiyasını ələ keçirdilər. Stansiyanı 4 top və 10 pulemyotla Quba polkunun 2 alayı, süvari divizionu (300-ə qədər qılınc), jandarm dəstəsi (200 nəfərə yaxın) qoruyurdular. Bu döyüşdə Sovet əsgərlərinin 6 nəfəri öldürüldü və 8 nəfəri yaralandı.
Süvari - dağ divizionu (3 top), kürd batalyonunun 2 rotasının (2 top), gücü ilə mühafizə olunan Xudat stansiyası yaxınlığında 1 N-li Azərbaycan zirehli qatarının qırmızı zirehli qatarların irəliləməsini dayandırmaq üçün yeni cəhdi də uğursuzluqla qurtardı. Sovet zirehli qatarlarının hərəkətini gecikdirmək məqsədilə geri çəkilən əsgərlər Xaçmaz stansiyası yaxınlığında körpünü yandırdılar və yol dəyişdiricisini sıradan çıxardılar. Lakin yanğın tezliklə söndürüldü, dəyişdirici düzəldildi və bundan sonra zirehli qatarlar əslində heç bir müqavimətə rast gəlmədən Bakıya hərəkət etdilər. Sonuncu qısamüddətli döyüş Xırdalan və Biləcəri stansiyaları arasında baş verdi və bundan sonra Azərbaycan zirehli qatarı Keşlə, sonra isə Bakı stansiyasından uzaqlaşdı.
Aprelin 27-də axşam saat 11-də Biləcəri stansiyası sovet zirehli qatarları tərəfindən tutuldu, səhər saat 4-də isə "III Beynəlmiləl" zirehli qatarı Bakı stansiyasına gəldi. Aprelin 30-da XI Ordunun əsas hissələri şəhərə daxil oldular. Onların irəliləməsi zamanı başda Xəlil Paşa olmaqla yerli əhali içərisində təbliğat aparan və əhalini Qızıl Orduya müqavimət göstərməməyə çağıran türk zabitləri qrupu Sovet qoşunlarına fəal kömək edirdi. Həmin gün 7-ci süvari diviziyasının hissələri Şamaxı və Ağsuya daxil oldular, mayrn 1-də isə Azərbaycan hissələrinin müqavimətini aradan qaldıran sovet zirehli qatarları Gəncə stansiyasını ələ keçirdilər.
Mayın 1-də Volqa-Xəzər hərbi donanmasının gəmiləri Bakı limanına daxil oldular. Mayın 3-də və 4-də Lənkəran və Astaraya hərbi dəniz desantlar çıxarıldı. Mayın 5-də XI Ordunun süvari dəstələri Qazaxa, mayın 7-də Yevlax rayonlarına daxil oldular. 1920-ci il mayın ortalarında XI Ordu Azərbaycan Xalq Cümhuriyyətinin, demək olar ki, bütün ərazisini nəzarət altına aldı. Beləliklə, Rusiya müdaxiləsi nəticəsində milli Azərbaycan hökumətinin hakimiyyəti devrildi...