“Ən etibarlı servisə də hücum olursa, deməli hər an istənilən məlumatın oğurlanması baş verə bilər”
Ötən gün “Instagram”, “Facebook” və “WhatsApp” sosial platformalarında problem yarandı. Dünyanın əksər ölkələrində sosial şəbəkə istifadəçiləri bununla bağlı çətinliklə üzləşdilər. Texniki problemlər, əsasən Böyük Britaniya, Fransa, ABŞ, Rusiya, Almaniya və bir sıra digər ölkələrdə, eyni zamanda Azərbaycanda müşahidə olundu.
Yaranmış problem hər zaman aktual olan bəzi sualları yenidən gündəmə gətirdi. Məsələn, sosial şəbəkələr etibarlı deyil? Belə hallarda sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatları oğurlana bilərmi?
İnformasiya Texnologiyaları (İT) mütəxəssisi Vahid Qasımov AYNA-ya açıqlamasında bu sualları cavablayıb.
O, əvvəlcə dünənki problemə aydınlıq gətirib: “Konkret olaraq dünən və ondan əvvəlki gün sosial şəbəkədə, xüsusilə “Facebook” və “Instagram”da problem yarandı. Problem, əsasən multimedia materialları, yəni daha çox foto və video paylaşılması zamanı müşahidə olundu. Sosial şəbəkələrdə multimedia materiallarının yerləşdirilməsi üçün bütün dünyada qəbul edilmiş serverlər var ki, materiallar orada yüklənir və göstərilir. Bu iki sosial şəbəkə də həmin serverlərdən istifadə edir”.
Mütəxəssisin sözlərinə görə, bir neçə gün öncə həmin serverlərdən birinə hücum edilib: ““Bulud anbarı” adlı servizə hücum olub. Məhz ona görə də bu böyük serverə qoşulmuş digər serverlərdə də böyük problemlər yaranıb. Fayllar itməyib, sadəcə yükləmədə və nümayişdə problemlər yaranıb. “Bulud anbarı” dünyada ən təhlükəsiz servizlərdən biri sayılırdı. Hətta bizdə də bu servisdən bir çox saytlar istifadə edirdi”.
“Bundan hər kəs nəticə çıxarmalıdır. Ən etibarlı servisə də hücum olursa, deməli hər an istənilən məlumatın oğurlanması baş verə bilər. Belə deyək, hər an əjdahadan daha böyük əjdaha yarana bilər” – deyə müsahibimiz əlavə edib.
V.Qasımov bəzi sosial şəbəkə istifadəçilərini narahat edən məsələyə də aydınlıq gətirib: ““Facebook” və “Instagram” istifadəçilərinin sosial şəbəkələrə inamının azalması mümkün deyil. Problem bir dəfə yaranır və o da həllini tapır. İkinci dəfə bu problemlə üzləşməmək üçün ondan qorunma mexanizmi yaradırsan”.
“İnanmıram ki, bu problem gündəlik həyatımızda yer almış sosial şəbəkələrdən istifadənin imtinasına səbəb olsun. Çünki sosial şəbəkələrin idarəçiləri bizdən çox həmin problemlərdən qorunmaq üçün əllərindən gələni edirlər. Sadəcə bundan sonra daha çox diqqətli olmalıdırlar” – deyə İT mütəxəssisi vurğulayıb.