İlham Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

İlham Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyev üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Guya "Cəlilabad səhiyyəsi hər kəsi dəhşətə və riqqətə gətirir: baş həkimdən faktlar ".

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Qanuninfo.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyev haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. İlham Əliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyevdir.

Həyətdə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları yaradılmışdır. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının inşasına Prezident İlham Əliyevin 2012-ci ildə imzaladığı Sərəncama əsasən başlanılmışdır. Səhiyyə Nazirliyinin sifarişi ilə inşa edilən bina ən müasir tələblər səviyyəsində tikilmişdir. Xəstəxananın ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi isə 7381 kvadratmetrdir. Üç mərtəbədən ibarət binada ən müasir tibbi avadanlıq quraşdırılmışdır. Xəstəxanada laboratoriya, poliklinika şöbələri, rentgen, USM, əməliyyat otaqları, reanimasiya-anesteziologiya şöbəsi, mama-ginekoloji, uşaq xəstəlikləri şöbələri və inzibati otaqlar vardır. Burada nevrologiya və cərrahiyyə şöbələri də fəaliyyət göstərəcəkdir. Tibb ocağının 50 nəfərlik iclas zalı da vardır. Xəstəxana müasir tələblərə cavab verən tibb avadanlığı ilə təmin olunmuşdur. Bir sözlə, burada yaradılan şərait yalnız cəlilabadlılara deyil, eyni zamanda, ətraf rayonların sakinlərinə də yüksək səviyyəli tibbi xidmət göstərməyə imkan verəcəkdir.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən İlham Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. İlham Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Qanuninfo.az olaraq sorğu apardıq ağız dolusu İlham Əliyevdən danışdılar yaxşı ki, İlham Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin olunub… İlham Əliyev öz isguzarlığı ilə tanınır və seçilir….

İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə İlham Əliyev heç vaxt əqidəsindən döndərə bilməz.

İlham Əliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İlham Əliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

İlham Əliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

İlham Əliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

İlham Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!


İlham Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə İlham Əliyev özünü doğruldub. Bizdə hörmətli İlham Əliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər