Xəbər verildiyi kimi, general-mayor Ramiz Nağıyevin azyaşlı nəvəsi Siyara bədbəxt hadisə nəticəsində həyatını itirib. Hadisə ilə bağlı mediada dərc olunan xəbərlərdə bəzi yanlışlıqlara yol verilib.
Belə ki, AFN-in məlumatına görə, hadisə iyunun 15-də “Port Baku Residenc”in qapalı hovuzunda baş verib. Anası ilə istirahət mərkəzinə gedən Siyara diqqətsizlik nəticəsində hovuza düşərək boğulub. Uşağın hovuza düşməsindən gec xəbər tutan anası və nəzarətçilər onun həyatını xilas edə bilməyiblər.
Bədbəxt hadisə haqda Siyaranın atası Vüqar Nağıyevə ailə dostları tərəfindən məlumat verilib. V.Nağıyevin AFN-ə verdiyi məlumata görə, o, hadisə yerinə çatanda artıq “Medi Club”ın təcili tibbi yardım dəstəsi orada olub: “İçəri daxil olanda qızımın cansız bədəni ilə qarşılaşdım. Meyiti ordan götürüb evə gətirdim”.
V.Nağeyev bildirir ki, bəzi KİV-lərdə hadisə barədə xəbəri oxuyub: “Saytlarda Siyaranın guya ailəsi ilə birlikdə olan zaman hovuzda boğularaq vəfat etdiyi yazılıb. Ancaq bu belə deyil. Uşaq anası ilə birlikdə olan zaman hovuzda boğulub. Biz bir ildən artıq müddətdir ki, ayrılmışıq. Uşaqlarım Nərimanov Rayon Məhkəmısinin qərarı ilə analarında qalıb. Mənim həftədə 1 dəfə onlarla görüş hüququm vardı”.
Qeyd edək ki, V.Nağıyevin keçmiş həyat yoldaşı Türkan Qafarova Səbayel Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun qızıdır.