Dünən Tbilisidə müxalifətin keçirdiyi kütləvi aksiyalar zamanı xəsarət alanlar arasında KİV nümayəndələri də olub.
“Qafqazinfo”nun “sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, Gürcüstan Baş Nazirinin müavini David Serqeenko bildirib ki, ümumilikdə 69 nəfər mitinqdə yaralanıb ki, onların bir neçəsi jurnalistdir.
“Aksiya zamanı “TV Pirveli”, “Rustavi 2”, “1-ci kanal” teleşirkətinin, “Kavkazskiy uzel” portalının, eləcə də “Röyters” agentliyinin əməkdaşları var”, - deyə o, vurğulayıb.
Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslavlıq Assambleyasında Rusiya Kommunist Partiyasının nümayəndəsi Sergey Qavrilovun Azərbaycanda səfərdə olan İrakli Kobaxidzenin yerində oturması parlamentdə gürcü deputatların etirazına səbəb olub. Onlar ümumiyyətlə, rusiyalı nümayəndə heyətinin Tbilisidə olmasına etiraz ediblər.
Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının liderləri baş verənləri “protokol səhvi” adlandırsa da müxalifət bununla razılaşmayıb. Parlementin qarşısına toplaşan nümayişçilər spiker İrakli Kobaxidzenin istefasını tələb ediblər. Mitinqdə, həmçinin, növbədənkənar seçkilərin keçirilməsi tələb edilib.
Baş vermiş hadisələr fonunda Daxili İşlər naziri Georgi Qaxariya istefaya getməyə hazır olduğunu bəyan edib.