83 yaşlı taksı sürücüsünün ehtiyyatsızlıqdan törətdiyi qəza, ahıl sürücülər məsələsini yenidən gündəmə gətirib. İnsanin yaşı artdıqca, hadisə anında reaksiyası azalır. Belə olan halda ahıl sürücülərin qəza törətmə riskləri də çoxalmış olur.
Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.
Azər Allahverənov - Ekspert: "Çünki yaşlı insan, 75-80-85 yaşlarında olan insan istər istəməz avtomobili idarə edərkən, nə qədər peşəkar olsa da, lap 50 ilin sürücüsü olsa belə bir çox göstəricilərdə arzu olunan səviyyədə deyil".
Bu məsələdə ekspertlər arasında fikir ayrılığı mövcuddur." Yaşa görə heç kimə maşın sürməyi qadağan etmək olmaz" deyə düşünənlər də var.
Elməddin Muradlı - Ekpert: "Kimisə qınamaq olmaz ki, 80 yaşın varsa, maşın sürmə, sağlamlığı imkan verirsə lap 100 yaşında maşın sürsün. Eşitmə, görmə qabiliyyəti zəyif olan, sükana sahib ola bilməyən çoxlu sayda sürücülərimiz var".
YHQ-yə edilən dəyişiklikdən sonra, yaş həddi məsələsi avtobus sürücülərinə şamil olunub. Yəni 65-dən yuxarı olan avtobus sürücülərinə D və E kateqoriyaları verilmir. Amma digər sürücülərə bu şamil edilmir.
Adi halda sürücülər üçün yaş məhdudiyyəti qoyulmasa da, yaşlıların mütəmadi olaraq həkim müayinəsindən keçməsi tələb olunur. Sürücülük vəsiqəsinin yenilənməsi də məhz həmin həkim rəyi əsasında aparılır.
Azər Allahverənov - Ekspert: "70 yaşa çatmış sürücülər qeydiyyatda olduğu poliklinikaya mürəciət edir. Bütün yoxlamalardan keçirlər. Və arayışı alır. Yol polisi ilə yanaşı ASAN xidmət də bu işi icra edir. Həmin arayışı verir. Yeni iki illik sürücülük vəsiqəsi alır".
Amma bəzi yaşlı insanların saglamlıq arayışlarını həkimlərdən hansı əsaslarla alması şübhə doğurur. Ona görə də mütəxəssislər bu sahədə nəzarəti gücləndirməyi təklif edirlər.
Elməddin Muradlı - Ekpert: "Mənə belə gəlir ki, yol polisinə belə bir səlahiyyət vermək lazımdır ki, gələcəkdə şübhə yarandıqda, özü vəsadət qaldırıb təkrar komissiya tələb edə bilsin ki, ümumi komissiya baxsın bu doğurdanmı sürücülüyə yararlıdır ya yox".
Dünyanın əksər ölkələrində yaşlı sürücülərlə bağlı xüsusi layihələr icra olunur. Bəzi ölkələrdə könüllü sürücülük vəsiqələrindən imtina edən ahıl sürücülərə, xüsusi imtiyazlar tətbiq edilir. Müsbət praktikalardan yararlanıb, ölkəmizdə də oxşar model tətbiq edilə bilər.