Gizli sözləşmə ilə bağlı qalmaqallı videosu yayılan Avstriyanın vitse-kansleri və Azadlıq Partiyasının lideri Haynts-Kristian Ştraxe tutduğu vəzifədən istefa verməli olub.
“Qafqazinfo” xəbər verir ki, Ştraxe bildirib ki, Baş nazir Sebastyan Kurtsla artıq danışıb və ondan istefasını qəbul etməyi xahiş edib. Ştraxe eyni zamanda, Avstriya Azadlıq Partiyası liderliyini də tərk edəcək.
Qalmaqallı videodan sonra Avstriyanın kansleri Sebastyan Kurts bəyan edib ki, Azadlıq Partiyası öz davranışı ilə ölkənin imicini zədələdi. Avstriya Xalq Partiyası lideri Kurts Milli Şurada (parlamentin aşağı palatası) yeni seçkilərin keçiriləcəyini və koalisiya hökumətinin Avstriya Azadlıq Partiyası ilə işinə son qoyduğunu elan edib.
Vitse-kansler postunu isə Nəqliyyat naziri Norbert Xofer tutacaq.
Qeyd edək ki, Almaniyanın “Der Spiegel” və “Suddeutsche Zeitung” nəşrləri bu günlərdə hakim koalisiyanı bitirən, həmçinin Ştraxenin karyerasının sonu olan video yayımlayıb. 2017-ci ilə aid olan həmin görüntülərdə Ştraxe və köməkçisinin İbizada özünü rusiyalı oliqarxın qohumu kimi təqdim edən qadınla görüşü əks olunub. Görüşün Avstriyada seçkilərdən bir müddət əvvəl baş tutduğu qeyd edilir.
Naməlum sarışın qadın siyasətçilərə Avstriyanın məşhur “Kronen Zeitung” nəşrinin səhmlərinin 50 faizini almaq istədiyini bildirir. Ştraxenin isə qadına gizli anlaşma təklif etdiyi, həmçinin onun dövlət müqavilələrinə əlçatanlığını təmin etməyə söz verdiyi deyilir. Bunun qarşılığında isə 2017-ci ilin oktyabrında baş tutacaq parlament seçkilərində Ştraxenin partiyasına maliyyə yardımı ediləcəkdi. Razılaşmanın baş tutduğu vurğulanır.