Bakıdakı məşhur mağazada ERMƏNİ SEVDASI — VİDEO

Bakıdakı məşhur mağazada ERMƏNİ SEVDASI — VİDEO Metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Bonita” geyim mağazasında xoşagəlməz hadisə baş verib.
Mağazada erməni reper Super Sakoya məxsus olan mahnı səsləndirilib.

Bu barədə jurnalist Könül Aypara öz sosial şəbəkə səhifəsindən paylaşım edib. Mahnını eşidən jurnalist, dərhal etirazını mağaza işçilərinə bildirib. Dükanın əməkdaşları üzrxahlıq etmək əvəzinə, hələ bir jurnalist xanımı borclu da çıxarıblar:

“Onsuz da kefimiz yoxdur, siz də qanımızı qaraldırsınız”-deyə cavab veriblər.
Xatırladaq ki, səsləndirən mahnı “Mi Gna“ mahnısının “remix” variant olub.


Oxşar xəbərlər