Rəsmi Moskva 2019-cu ilin sonunda keçirilməsi nəzərdə tutulan Rusiya-Çin genişmiqyaslı hərbi təlimlərinə Azərbaycanı da dəvət etmək niyyətindədir.
Cahan.info xəbər verir ki, bu barədə Rusiya Milli Qvardiya Qoşunlarının baş komandanı, general Viktor Zolotov deyib.
Onun sözlərinə görə, bu təlimlər Rusiya Qvardiya Qoşunlarının beynəlxalq fəaliyyətində ən böyük hadisələrdən biri olacaq.
“Təlimlərə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistan müşahidəçi qismində dəvət olunacaqlar. Bu cür əməkdaşlıq son dərəcədə aktualdır”, - deyə rusiyalı general vurğulayıb.
Azərbaycanın belə böyük bir təlimə dəvət olunacağı Ermənistanda ciddi narahatlığa səbəb olub.
Erməni şərhçi Karen Ambartsum yazır ki, “bizim strateji müttəfiqlərimiz” Ermənistana xəyanət edir.
“Azərbaycan bu təlimlərə tək ölkə kimi dəvət olunmur, lakin dəvət olunacaq ölkələr arasında Özbəkistan və Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaması bizi narahat etməyə bilməz. Rusiya-Çin təlimlərinə Azərbaycanın dəvəti KTMT çərçivəsində əməkdaşlığın məntiqinə sığımır. Lakin Azərbaycanın dəvət olunması təbii ki, Zolotovun şəxsi seçimi deyil. Bu prosesin arxasında Rusiya prezidenti Vladimir Putin dayanır və Putin Bakının könlünü almaq üçün əlindən gələn hər şeyi edir. Rusiya Federasiyası Şurasının spikeri Valentina Matviyenko Bakıdadır və məlumdur ki, bu xanım Putindən İlham Əliyevə yüksək səviyyəli təkliflər gətirib. Bu təkliflər açıqlanmır, lakin bunun Dağlıq Qarabağ məsələsində Ermənistana qarşı olması sirr deyil. Kremldə artıq Ermənistanın yeni rəhbərliyindən narazı olduqlarını gizlətmirlər”, - deyə erməni şərhçi iddia edir.