Bakıda 18 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar pulsuz “Wi-Fi” (Vay-Fay) xidmətinə qoşulub.
Trend-in məlumatına görə, “Xaliq Faiqoğlu” MMC-nin “Safcell” şirkəti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində 2 aylıq test mərhələsi uğurla başa çatıb və avtobuslarda pulsuz “Wi-Fi” xidmətinin qoşulmasına başlanılıb.
İlkin olaraq 18 saylı marşrut xətti üzrə hərəkət edən və Avro-5 standartlarına cavab verən avtobusların hamısı bu cihazlarla təmin edilib. Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internet imkanından faydalana bilərlər. Belə ki, MMC-yə məxsus olan hər hansı avtobusda pulsuz “Wi-Fi” xidmətinə qoşulmuş şəxslər şirkətin istismarında olan digər marşrut xətlərindən istifadə edərkən qeydiyyatdan keçməli olmayacaq və mobil cihazları avtomatik olaraq internetə qoşulacaq.
Yaxın günlərdə “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan və “BakıKart” sisteminə qoşulmuş digər xətlərdə də Wi-Fi cihazları quraşdırılacaq.