Xəbər verdiyimiz kimi, yanvarın 28-də Daxili İşlər Nazirliyində 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov kollegiya iclasında çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın 2018-ci ildə də dinamik şəkildə inkişaf etdiyini, dünyada və bölgədə baş verən neqativ tendensiyalara, qlobal proseslərə baxmayaraq, Azərbaycanın müstəqillik yolu ilə inamla irəlilədiyini, hüquqi-demokratik islahatların, böyük infrastruktur layihələrinin və sosialyönümlü proqramların uğurla həyata keçirildiyini qeyd edib.
Ötən il Azərbaycan Polisinin 100 illiyinin böyük təntənə ilə qeyd edilməsini təkcə daxili işlər orqanlarının deyil, xalqımızın da həyatında əlamətdar hadisə kimi dəyərləndirən Fuad Ələsgərov dövlətimizin başçısının ictimai qaydanın, insan hüquq və azadlıqlarının nümunəvi qorunmasında, cinayətkarlıqla qətiyyətli mübarizədə daxili işlər orqanlarının rolunu və fədakar xidmətini hər zaman yüksək qiymətləndirdiyini, onun maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, şəxsi heyətin iş, məişət şəraitinin və sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün lazımi tədbirlərin görüldüyünü, Azərbaycan Polisinin dövlətçiliyin qorunmasında əsas dövlət təsisatı olduğunu bildirib.
Fuad Ələsgərov Respublikamızda ictimai-siyasi sabitliyin, habelə insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu, cinayətlərin yüksək açılma göstəricilərinin arxasında şəxsi heyətin gecəli-gündüzlü, fədakar xidmətinin dayandığını vurğulayıb. Azərbaycanı yenidən xaos, anarxiya girdabına yuvarlamağa, müstəqillik yolundan sapdırmağa yönəlmiş pozuculuq hərəkətlərinin, qanunsuz əməllərin qarşısının daxili işlər orqanları tərəfindən bundan sonra da qətiyyətlə alınacağına əminliyini ifadə edib. Xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyətini, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş şəkildə istifadəsinin vacibliyini nəzərə çatdırıb.