İŞİD terror qruplaşmasının azı 40 başçısı taliblərin Əfqanıstanın şimal-qərbində yerləşən həbsxanasından qaçıb.
Bu barədə bazar günü İranın "Tasnim" agentliyi məlumat yayıb.
Xəbərə əsasən, terrorçular həbsxanadan ABŞ hərbçilərinin keçirdiyi məxfi əməliyyat nəticəsində qaça biliblər.
Agentlik bildirir ki, əməliyyat 2 həftə öncə Əfqanıstanın Badqis vilayətində baş verib. ABŞ ordusu həbsxanaya basqın edərək onun bütün mühafizəçilərini öldürüb. Bundan sonra İŞİD terrorçularının əcnəbilərdən ibarət 40 başçısı helikopterlərlə daşınıb.
Badqis vilayət şurası başçısının müavini Abdulla Əfzəlinin informasiyanı təsdiqlədiyi bildirilir.