Xəbər verdiyimi kimi, yanvarın 14-də Prezident İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılmasına dair аərman imzalayıb. Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədilə Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” ASC yaradılır.
Hərbi ekspert Rəşad Süleymanov Azvision.az-a bildirib ki, “Azərsilah” ASC-nin yaradılması Azərbaycanın dünya silah bazarında öz yerini möhkəmləndirməsi istiqamətində atılan önəmli addımdır. Onun sözlərinə görə, dövlət dünya bazarındakı proseslərə çevik reaksiya verən, idarəetmə aparatı kiçik, dövlətin büdcəsinə valyuta gətirən hərbi-sənaye təşkilatı istəyir:
“Müdafiə Sənayesi Nazirliyi fəaliyyət göstərdiyi dövrdə Azərbaycanda müdafiə sənayesinin yaradılmasında böyük rol oynayıb. Ölkəmiz silah idxalçısından ixracatçısına çevrilib. Bu, danılmaz faktdır. Dünya təcrübəsi göstərir ki, ölkələr bu yolu keçiblər. Dövlət büdcəsindən maliyyələşmək və bu tip nazirlik strukturu ləngdir, dünya bazarındakı tələbləri qarşılamaqda çətinlik çəkir. Müdafiə Sənayesi Nazirliyinin ötən dövrdəki fəaliyyəti göstərir ki, tək daxilə köklənmə deyil, əsas diqqət xarici ixracata yönəlməlidir. Günün tələbləri “Azərsilah” ASC-nin yaradılmasını zərurətə çevirdi. Dövlət başçısının imzaladığı sərəncama diqqət etsək görərik ki, cəmiyyət qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycanda silah istehsalını, ixracını və onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirməlidir. Həmçinin, müasir menecment və korporativ idarəetmə standartları əsasında tabeliyində olan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini təmin etməlidir. Keçmiş strukturda bu sahədə müəyyən problemlər mövcud idi. “Azərsilah” ASC isə özünü dolandıran qurum olacaq, eyni zamanda dövlətə xeyir gətirəcək. Cəmiyyət dünya bazarına daha aktiv şəkildə daxil olmağa çalışacaq. Həm özünün fəaliyyətini yaxşı təmin etmək, həm də dövlətin qarşıya qoyduğu tapşırıqları yerinə yetirmək üçün daha aktiv olmalıdır”.
R.Süleymanov qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələr cəmiyyətə veriləcək: “Beynəlxalq təcrübə nəzərə alınmaqla cəmiyyətin səmərəliliyinin artırılması üçün təkliflər hazırlanmalıdır. Təbii ki, bunların arasında böyük ərazilərə sahib zavodlar var. Onların istehsal etdiyi mövcud məhsul portfelinə baxdıqda, görmək olar ki, bu məhsulları belə böyük ərazidə, böyük xərclərlə deyil, daha kiçik ərazilərdə, az xərclə istehsal etmək olar. Hesab edirəm ki, “Azərsilah” ASC özəl sektorla fəaliyyətini gücləndirməlidir. Türkiyədə “Makina-Kimya” dövlət şirkətidir və MPT-76 avtomatı istehsal edir. Bu avtomatın lüləsi, qundağı və digər hissələrinin hərəsi bir şirkətdə istehsal olunur. Yığım isə Makina-Kimya şirkətində olur. Nəticədə bütün sektor təcrübə qazanır. “Azərsilah” ASC xaricə ixracı artırmaq üçün özəl sektorla əlaqələrə geniş yer verməlidir. Ötən 2 ildə Azərbaycanın silah sənayesi ixracatından əldə etdiyi gəlir neft sektorundan sonra ikinci yerdə dayanır. Bu kifayət qədər böyük həcmdir. Qısa müddətdə Azərbaycan buna nail olub. “Azərsilah” ASC-nin qarşısında duran əsas məsələlərdən biri də xarici şirkətlərlə korporasiyaların yaradılmasıdır. Bu korporasiyalar Müdafiə Sənayesi Nazirliyinin təcrübəsində də mövcud idi. Düşündüklərim reallaşarsa, 2025-ci ilə qədər Azərbaycanın silah ixracatı 100 milyon deyil, 3-4 dəfə bundan artıq ola bilər”.
Hərbi ekspert vurğulayıb ki, bu gün ölkəmizin yerləşdiyi həm geosiyasi məkan, həm də dünyadakı mövqeyi silah sənayesində Azərbaycanın lider dövlətlər səviyyəsinə gəlməsinə imkan verir.
“Azərbaycan Ermənistanı çıxmaq şərtilə qonşu dövlətlərin hər biri ilə yaxşı münasibətlərə malikdir. Yerləşdiyimiz region, müdafiə bazarına baxdıqda kifayət qədər çəkisi olan bir bazardır. Qafqaz, postsovet məkanı, Mərkəzi Asiya, eləcə də Yaxın Şərq, Şimali və Mərkəzi Afrika ölkələri Azərbaycanla əməkdaşlığa malikdir. Bu gün Azərbaycanın müdafiə sənaye məhsullarını ixrac etdiyi ölkələr bu regionlarda yerləşirlər. Azərbaycan bazarda öz yerini alıb. Növbəti mərhələdə Azərbaycan silahları regionda brend halına gələcək. “Made in Azerbaijan” brendi ilə olan silah-sursatlar, texnikalar daha çox istifadə olunacaq”.