“İrad Hacıyev əmim oğludur. “İrşad Telekom”un təsisçisi və rəhbəri idi”
Bu sözləri Mətanət Əzizova feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, uğurlu biznesi var idi: “Devalvasiyaya baxmayaraq işi normal gedirdi. Son vaxtlar anasının sağlamlığı ilı məşğul idi.
Ümumiyyətlə, anasına çox bağlıydı. Ölümündən iki gün sonra anasını İsrailə növbəti müayinəyə aparmalıydı. Biletlər əlində idi. Şəxsi həyatı isə şəxsi həyatdır, sevgi və kədəri ilə...”
M.Əzizova qeyd edib ki, birdən-birə İ.Hacıyev həyatdan yox oldu: “4 ay əvvəl müəmmalı şəkildə rəhmətə getdi. KİV-lər müxtəlif versiyalar yazdı.
Qohumlar susdu ki, istintaq gedir, səhv buraxmayaq. İrad Hacıyev intihar etməyib. İradı öldürüblərvə maraqlı şəxslər bunu ört basdır etməyə çalışır”.
O, əlavə edib ki, meyitini evdə tapırlar, amma istintaq addımlari atmırlar, hadisə yerindən əl izləri götürülmür:
“Yaxın qohumlarının ifadəsi dinlənilmir. Yaxınları tərəfindən təqdim edilən versiyalar araşdırılmır. Məhkəmə - ekspertiza rəy verir, rəsmi sənəddə ölümün səbəbini intihar yazır, tibbi səbəbini yazmır.
Axı sən həkimsən, istintaq orqanı deyilsən. İntihar yoxsa qəsdə adam öldürməni müəyyən etmək müstəntiqin işidir. İradın biznesi və pulları kimə maraqlı idi, onlar da onu öldürüblər”.
Təbii ki, bu məsələni hüquq-mühafizə orqanlarının istintaqı ortaya çıxaracaq. M.Əzizova istintaqın gedişindən narazı qalsa da, konkret fakt təqdim edən biri yoxdur, əksini sübut edən hansısa detal, sənəd İ.Hacıyevin yaxınları tərəfindən meydana çıxarılmayıb.
“Yeni Müsavat” xəbər verirdi ki, 1978-ci il təvəllüdlü İrad Hacıyev dünyasını dəyişəndən sonra onun intihar etməsi xəbəri ilə yanaşı, infarktdan ölməsi xəbəri yayılıb. Son xəbərlər isə məşhur mağazalar şəbəkəsinin sahiblərindən birinin ölümündə mübhəm məqamların olduğuna dəlalət edir.
Məşhur biznesmen infarktdan ölübsə, məhkəmə tibb ekspertinə bunu müəyyən etmək üçün 1 ay vaxt lazım deyil. 1 saatın içində daxili müayinə, ürəyin ətraflı yoxlanılması konkret fikir söyləməyə imkan verir. Azərbaycanda bilik səviyyəsi yüksək olan kifayət qədər məhkəmə tibb eksperti var.
Yəni iş adamının infarktdan dünyasını dəyişməsi xəbərlərinin ömrü məhkəmə tibb ekspertlərinin mərhumun meyitini xarici və daxili müayinədən keçirənə qədər olmalı idi.
Mərhumun qardaşı, tanınmış rejissor Əhəd Hacıyev publika.az-a açıqlamasında bildirib ki, qardaşının intihar etməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir: “İndidən ölüm səbəbini dəqiq söyləmək mümkün deyil. Faktla bağlı ekspertiza təyin edilib və ekspertizanın rəyini gözləmək lazımdır.
Bizə həkimlərin dediyi ilk o oldu ki, qardaşım ürək tutmasından, yəni ürəyindəki trombdan qəfil vəfat edib. Prokurorluq hər bir ehtimalı araşdırır deyə bu hadisəni intihar kimi qiymətləndirmək doğru deyil”.
Azərbaycan Dövlət Musiqili Teatrının rejissoru olan Ə.Hacıyev bildirib ki, qardaşının hər hansı problem, sıxıntısı olmayıb:
“O, neçə il idi ki, anamızı xaricdə müalicə etdirirdi və hadisədən iki gün sonra ora uçmalı idi. Necə ola bilər ki, bu qədər mübarizə aparan, həyata bağlı olan insan intihar etsin?
Həm də onun maddi sıxıntısı, problemi yox idi. Şirkətin işləri də normal gedirdi. Ailəsi, övladları, hər şeyi qaydasında idi və onun psixologiyasına təsir edə biləcək bir şey baş verməmişdi”.
Mərhum iş adamının qardaşının açıqlaması, göründüyü kimi, ortada olan ölümlə bağlı mübhəmlərə aydınlıq gətirmir.
Əksinə, ölüm işində şübhəli məqamların olması iddialarını gücləndirir. Qardaşının dediyindən belə anlaşılır ki, İrad Hacıyev sentyabrın 16-da xaricə getməyə hazırlaşırmış.
Bundan başqa, onun maddi sıxıntısı, problemi olmayıb, şirkətin işləri normal gedib, ailəsi, övladları, hər şeyi qaydasında olub. Psixologiyasına təsir edə biləcək bir şey baş verməyib. Bəs ölümün səbəbi nədir? Burada kriminal izlər varmı?
Maraqlıdır ki, baş verən olaydan sonra “İrşad Telekom”in digər sahibləri hər hansı açıqlama verməyiblər. Ən azı onlar da mövqelərini bildirə, İrad Hacıyevin işlə bağlı, bizneslə əlaqəli problemlərinin olub-olmamasına aydınlıq gətirə bilərdilər...
Qeyd edək ki, İrad Hacıyev biznes şəbəkəsini 22 yaşı olanda, 2000-ci ildə Rəşad adlı şəriki ilə yaradıb. 2007-ci ilə qədər “İ&R Telecom” kimi fəaliyyətdə olan şirkət həmin ildən “İrşad Telecom” (İrşad İ.R. MMC) adı altında fəaliyyətini davam etdirməkdədir. İrşad sözünün İrad və Rəşad sözlərinin birləşməsindən yaranması haqda da xəbərlər var. Bildirilir ki, bir müddət əvvəl şirkətdə daha bir nəfər rəhbər şəxs peyda olub.
İrad Hacıyevin həmin şəxslə münasibətləri o qədər də isti olmayıb. Belə xəbərlər də var ki, 2000-ci ildən bu günə qədər şirkətin 31 mağazaya qədər böyüməsində İrad Hacıyevin böyük əməyi olub.
Şirkətin bundan sonrakı dövrdə digər bir holdinqin daxilində fəaliyyəti haqda da ona təkliflər edilibmiş. Lakin İrad Hacıyev bu təklifləri qətiyyətlə rədd etməsi iddiası da var.