“Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənov - Azərbaycanın istilik təchizatı sisteminin inkişaf tarixi də ümumilikdə dünyanın digər ölkələrində mövcud olan istilik sistemlərinin inkişaf tarixindən bir o qədər də fərqlənmir və o məhz elektrik enerjisi sənayesinin inkişafı ilə bağlıdır. Belə ki, XIX əsrin sonlarına doğru Bakıda neft sənayesinin inkişafı elektrik enerjisinə olan tələbatı kəskin artırırdı. Dünyanın tanınmış elektrotexnika şirkətlərinin diqqəti Bakıya yönəlməyə başlamışdı.”Siemens-Qalske”, AEQ və digər firmalar 1898-ci ildə “ElektrikGücü” Səhmdar Cəmiyyəti təsis etdilər. Bu cəmiyyət 1900-cü ilin mart ayında Bakıda güçü 6 min at gücündə olan “Ağ şəhər” stansiyasının inşasına başladı. İnşası intensiv şəkildə həyata keçirilən stansiya 1902 –ci ilin martında istismara verildi.”Ağ şəhər” kimi tanınan stansiya 1923-cü ildən “Qırmızı Ulduz” adlandırılmağa başlandı.
Ağ şəhər stansiyası dəfələrlə genişləndirilmişdir.1923-1925, 1933-1934-cü illərdə o dövrün inkişaf etmiş firmaları tərəfindən istehsal edilən avadanlıqlar quraşdırılmaqla stansiyanın gücü artırılmışdır. Stansiyanın həyatında əsas etap 1937-1939-cu illərdə olmuşdur.Bu illərdə stansiyanın gücü müasir qazan aqreqatları avadanlıqlarının quraşdırılması hesabına xeyli artmışdır.
Böyük Vətən Müharibəsindən sonrakı ilk illərə qədər istilik xətlərinin olmaması səbəbindən stansiya kondensasion rejimdə işləmişdir.1950-ci ilin noyabr ayından istilik ayrımlı turbinin sənaye ayrımı istismara verilmiş və bununla da stansiyada kombinəolunmuş istehsal, yəni istilik və elektrik enerjisi istehsal olunmağa başlanmışıdır.
İlkin olaraq qonşu nefayırma zavodları üçün buxarla təmin edilmiş və bununla da stansiya istilik mərkəzinə çevrildi. Məhz bu dövrdən Azərbaycanda mərkəzləşdirilmiş istilik təchizat sisteminin yaranması dövrü başlamışdır. Əvvəlcə yalnız yaxınlıqda yerləşən neft emalı zavodlarının sənaye məqsədli buxarla təmin edilməsi nəzərdə tutulsa da sonralar istilik mühəndis kommunikasiyaları şəbəkələrinin ğenişləndirilməsi hesabına diğər tələbatçılar da istilik enerjisi ilə təmin edilməyə başlanılmışdır.
Təbii ki, mərkəzləşdirilmiş istilik təchizatı sistemi yaradılana qədər də binalar qızdırılırdı. Şəhərlərin sürətlə inkişaf etməsi, xarici ölkələrdən yüksək səviyyəli memarlar dəvət etməklə yeni-yeni yaşayış binalarının və ictimai binaların tikintisi, neft sənayesinin sürətli inkişafı ilə əlaqədar xarici və yerli sahibkarlara məxsus ofis və şirkətlərin yaradilması onları yeni isitmə formalarının tətbiqinə sövq edirdi.
Həmin dövrdə isə ən geniş yayılan isitmə sistemi bir və ya iki binaya xidmət ğöstərə bilən və əsasən mazutla işləməsi nəzərdə tutulan lokal tipli məhəllədaxili istilik qazanxanaları, binalarda quraşdırılmış divar sobaları və digər sobalar olmuşdur ki, onlar da əsasən odun, neft, mazut və digər yanacaqla işləmişlər.
İstilik təchizatının məhz bu forması Bakının ğələcək istilik təchizatı sisteminin əsasını qoymuşdur.
Əvvəllər mülk sahiblərinə məxsus olan qazanxanalar Sovet Hakimiyyəti qurulduqdan sonra yaşayış fondunun idarəedilməsi üzrə müvafiq qurumların tərkibinə verilmişdir. Ev komitələri, mənzil istismar kontorları və s. 1965-ci ildən “Birləşmiş qazanxanalar və istilik şəbəkələrinin müdiriyyəti” yaradılmışdır. 1977-ci ildən Bakı şəhərində yerləşən istilik təsərrüfatlarının idarəedilməsi Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə yaradılmış “Bakıİstilikşəbəkə” müəssisəsinə həvalə olunmuşdur.
Respublikanın regionlarında mövcud olan istilik təsərrüfatlarının idarə olunması isə əvvəllər Kommunal Təsərrüfatı Nazirliyi, onun ləğvindən sonra isə Dövlət Arxitektura Komitəsinin tərkibində fəaliyyət göstərən “İstilikkommunenerjisazlama” Birliyinin səlahiyyətində olmuşdur. Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən istilik təchizatı müəssisələrindən əlavə müxtəlif nazirlik və təşkilatların tabeçiliyində də fəaliyyət göstərən istilik mənbələri mövcud olmuşdur ki, onlar da əsasən həmin nazirlik və təşkilatların balansında olan yaşayış binaları və sosial obyektlərin (məktəb, xəstəxana, inzibati bina və s.) istilik təchizatını təmin etmək üçün nəzərdə tutulmuşdur.
Ötən əsrin 60-cı illərindən başlayaraq Bakı şəhərində və respublikanın diğər sənaye şəhərlərində yeni yaşayış massivlərinin salınması ilə əlaqədar yeni isitmə sistemi – yüksək dərəcədə mərkəzləşdirilmiş və həmin dövr üçün müasir tipli qazan aqreqatlarından ibarət olan Rayon istilik qazanxanaları sistemi tətbiq olunmağa başlamışdır.
Xüsusilə 1965-80-cı illərdə ölkənin istilik təchizatı sahəsində əhəmiyyətli dəyişikliklər baş vermişdir. Məhz həmin dövrlərdə Bakı şəhərinin şimal-qərbində gücü saatda 200 Qkal olan 1 saylı RİQ, Qaraşəhərdə gücü 100 Qkal olan 2 saylı RİQ , Dərnəgül yaşayış sahəsində gücü 150 Qkal olan 3 saylı RİQ, Nərimanov sənaye zonasında gücü 150 Qkal olan 5 saylı RİQ, Əhmədli qəsəbəsində gücü 100 Qkal olan 6 saylı RİQ, Günəşli qəsəbəsində gücü 120 Qkal olan 9 saylı RİQ tikilib istifadəyə verilmişdir. RİQ –nın istifadəyə verilməsi ilə əlaqədar 100-dən artıq məhəlli qazanxanalar istismardan çıxarılmışdır. Eyni zamanda Bakıda 1 və 2 saylı İEM, Sumqayıtda 1 və 2 saylı İEM, Gəngə İEM istilik təchizatı sistemində əhəmiyyətli rol oynamağa başlamışlar.
Artıq 80-cı illərdə təkcə Bakı şəhərində istilik təchizatının 65%-ə yaxını məhz rayon istilik qazanzanaları hesabına həyata keçirilməyə başlamışdır. Bu təsərrüfatların idarə olunması və texniki xidmətin təşkili məqsədi ilə 1974-cü ildə “Azərenerji” nin tərkibində saatlıq gücü 50 Qkal-dən yuxarı olan rayon qazanxanalarını, bu qazanxanalardan qidalanan magistral istilik xətləri və müvafiq qazanxana və istilik şəbəkələri avadanlıqlarını özündə cəmləşdirən “İstilik şəbəkələri və suqızdıran qazanxanalar” müəssisəsi yaradılmışdır.
“Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il tarixli sərəncamı ilə ölkənin enerjidaşıyıcılarına olan tələbatının yaxşılaşdırılması ilə bağlı mühüm əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, onların da bir qismi məhz istilik təchizatı ilə bağlı olmuşdur. Həmin sərəncama əsasən Bakı şəhərində yerləşən istilik təchizatı müəssisələrinin fəaliyyətindəki pərakəndəliyi aradan qaldırmaq və idarəetməni bir mərkəzdə cəmləşdirmək məqsədi ilə “İstilik şəbəkələri və suqızdıran qazanxanalar” müəssisəsi də Bakı İcra Hakimiyyətinin tabeçiliyinə verilmiş, Bakı şəhərində istilik sistemlərinin bərpası ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilmişdir.
“Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən ölkə əhalisinin və digər istehlakçıların etibarlı və keyfiyyətli istilik təchizatı xidmətlərinin təşkilinin əsaslı surətdə yaxşılaşdırılmasının, bu sahənin mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsinin, onun səmərəliliyinin artırılmasının və bu sahəyə investisiyaların cəlb edilməsinin təmin edilməsi məqsədi ilə “Azəristiliktəchizat” ASC yaradılmış, Azərbaycan Respublikasında yaşayış məntəqələrində yaşayış evlərinin və binalarının, habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatı işlərinin həyata keçirilməsi ona həvalə edilmişdir.
Hazırda “Azəristilikəchizat” ASC ölkənin əsas istilik təchizatı müəssisəsidir və bu sahədə dövlətin siyasətinin aparıcısı funksiyasını həyata keçirir. 51 regionda SC-in istilik təsərrüfatları fəaliyyət göstərir.
“Azəristiliktəchizat” ASC-nin yarandığı ötən müddət ərzində istilik təchizatı xidmətlərinin təşkilinin əsaslı surətdə yaxşılaşdırılması, uçot və idarəetmə sisteminin təkmilləşdirilməsi, enerjiyəqənaət və enerjidən səmərəli istifadə tədbirlərinin həyata keçirilməsi, istilik təchizatı sisteminə qoşulmuş, lakin müxtəlif səbəblərdən istiliklə təmin edilməyən yaşayış binaları və sosial obyektlərin tədricən bərpa edilərək istiliklə təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür.
Son illər Azərbaycanda Respublkasında aparılan ardıcıl iqtisadi islahatlar çərçivəsində əhalinin və iqtisadiyyatın enerjidaşıyıcılarına olan tələbatının ödənilməsi və digər kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması istiqamətində çox ciddi və məqsədyönlü tədbirlərin həyata keçirilməsi, bu proseslərin bu gün də müvəffəqiyyətlə davam etdirilməsi ölkənin bütün əməksevər insanları kimi yeni yaradılmış “Azəristiliktəchizat” SC-nin də çoxsaylı əmək kollektivi tərəfindən yüksək qiymətləndirilir və daha böyük uğurlar əldə edilməsinə ruhlandırır.