Azərbaycanın bu kəndində su hələ də səhənglə daşınır

Azərbaycanın bu kəndində su hələ də səhənglə daşınır Tovuzun Aşağı Öysüzlü kəndində böyükdən kiçiyə hər kəs hələ də suyu səhənglə daşıyır.
Xezerxeber.az bildirir ki, burada qədim adət-ənənə bu gün də qorunub saxlanılır.

Misdən hazırlanan səhənglər su ilə dolu halda ağır olsa da, kənd sakinləri uzun məsafə qət edərək 2 əsrə yaxın yaşı olan bulaqdan içməli suyu məhz bu səhənglərlə daşıyırlar.
Qadınlar səhənglə su gətirmək üçün səhər saatlarından bulaq başında növbə gözləyirlər. Kənddə hələ də yaşadılan adət-ənənələrdən biri də bulaq başında tanışlıqdır.

Kənd sakinləri bildirirlər ki, texnologiya nə qədər inkişaf etsə də səhənglə su daşımaq onlar üçün keçmişin yadigarı olaraq qalacaq.

Oxşar xəbərlər