İlham Əliyevə ad günü təbrikləri gəlməkdə davam edir

İlham Əliyevə ad günü təbrikləri gəlməkdə davam edir TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan Prezidenti İlham Əliyevi doğum günün münasibətilə təbrik edib.
"Ölkə.Az"ın xəbərinə görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Beynəlxalq TÜRKSOY təşkilatının baş katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizin yürütdüyü humanist və sülhsevər siyasət nəticəsində Azərbaycan Respublikası durmadan inkişaf edir, dünya ölkələri arasında tutduğu layiqli yerini daha da möhkəmləndirir.

Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikası ilə 25 yaşına çatan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY arasında qarşılıqlı mədəni əməkdaşlığın genişləndirilməsinə və inkişaf etdirilməsinə göstərdiyiniz diqqəti və qayğını yüksək qiymətləndiririk.

Xoş fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

***

İordaniyanın Kralı II Abdullah Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

"Ölkə.Az"ın xəbərinə görə, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizə cansağlığı və xoşbəxtlik arzularımı qəbul etməyinizi xahiş edirəm".

***

"Ölkə.Az"ın xəbərinə görə, məktubda deyilir:
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. "Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu gün Azərbaycan Sizin müdrik rəhbərliyinizlə cəmiyyətin həyatının bütün sahələrinin müasirləşdirilməsi yolunda ardıcıl və dinamik surətdə irəliləyir. Sizin zəngin siyasi təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir. Sizin dünya miqyasında yeritdiyiniz uzaqgörən və praqmatik siyasətiniz, ölkənin milli mənafelərini qətiyyətlə qorumaq və müdafiə etməkdə xüsusi bacarığınız sayəsində Azərbaycan regional və beynəlxalq gündəlikdə olan ən mühüm məsələlərin həllində fəal rol oynayır.

2018-ci il dekabrın 31-də mənim Baş katib vəzifəsində səlahiyyət müddətim başa çatır. Bununla əlaqədar, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) işlərinə daimi və səmimi diqqətinizə görə Sizə ürəkdən minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətində iştirakı mühüm regional və beynəlxalq problemlər üzrə Bakı ilə ŞƏT arasında konstruktiv əməkdaşlığın təşəkkülü və inkişafı üçün geniş imkanlar açacaq.

İcazə verin, fürsətdən istifadə edərək Sizə qarşıdan gələn yeni, 2019-cu il münasibətilə təbriklərimi, möhkəm cansağlığı və Azərbaycan Respublikasının rifahı naminə daha böyük nailiyyətlər arzularımı bildirim".

***

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Ölkə.Az" xəbər verir ki, məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, Sizin ali dövləti fəaliyyət sahəsində çoxillik təcrübəniz, xalqınızın rifahının yaxşılaşdırılmasına yönəlmiş gərgin səyləriniz bundan sonra da Azərbaycanın firavanlaşmasına və davamlı inkişafına sanballı töhfə verməkdə davam edəcək.

İnanıram ki, Astana ilə Bakı arasında çoxəsrlik ənənəvi dostluq münasibətləri qardaşcasına strateji tərəfdaşlıq əsasında, habelə ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da dinamik şəkildə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji, məsul dövləti vəzifənizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev də Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz uğurlara imza atmış bir dövlət xadimi kimi Azərbaycan Respublikasında sabitliyin və firavanlığın qarantısınız.

Sizin müdrikliyiniz, uzaqgörənliyiniz və geniş dünyagörüşünüz sayəsində bu gün Azərbaycan Respublikası dinamik inkişaf edən bir dövlətdir.

Əminəm ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik dostluq tellərinə və qarşılıqlı hörmətə əsaslanan səmimi və mehriban qonşuluq münasibətləri xalqlarımızın mənafeyi naminə bundan sonra da genişlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının rifahı naminə qarşıya qoyduğunuz məqsədlərə nail olmaqda yeni uğurlar diləyirəm".

Oxşar xəbərlər