Bakı şəhərində bir sıra məktəblərdə yeni il şənliyi ilə əlaqədar şagirdlərə məcburi biletlər satılır.
Valideynlər tərəfindən daxil olan məlumata əsasən, belə bir fakt 231 nömrəli məktəbdə müşahidə edilib. Belə ki, məktəb rəhbərliyi şirkət tərəfindən keçiriləcək yeni il proqramının biletlərinin satılması barədə sinif rəhbərlərinə göstəriş verib. Şagirdlərdən artıq məcburi şəkildə 5 manatlıq biletlər üçün pulun yığılmasına başlanılıb.
Bundan əlavə, məktəbin giriş qapısında yeni il şənliyi ilə bağlı elan da vurulub.
Valideynlərin şikayəti ilə əlaqədar 231 nömrəli orta məktəbdən bildirilib ki, yeni il şənliyi üçün özəl qurumlardan birindən təqdim olunmuş afişa elanlar lövhəsinə vurulsa da, bilet satışına yol verilməyib, valideyn və şagirdlər arasında bununla bağlı təbliğat aparılmayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, ümumi təhsil məktəblərində yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar biletlərin satışı məqsədə müvafiq hesab edilmir:
“Müxtəlif qurumlar tərəfindən ümumi təhsil müəssisələrinə bilet satışı ilə bağlı edilən məqsədli müraciətlərə qoşulmaq yolverilməz hesab olunur, belə hallar üçün məktəb rəhbərliyi şəxsən məsuliyyət daşıyır və ciddi tədbirlər görülür”. (Azvision.az)