Şirxan müəllim Adıgözəlov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

Şirxan müəllim Adıgözəlov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şirxan müəllim Adıgözəlovdur.

Şirxan müəllim Adıgözəlov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şirxan müəllim Adıgözəlov bu işin müqəddəsliyini qoruyub saxlayır. Şirxan müəllim Adıgözəlov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Şirxan müəllim Adıgözəlov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

26 sentyabr 1955-ci ildə Azərbaycanın Füzuli rayonunun Böyük Bəhmənli kəndində dünyaya gəlib.

Şirxan Adıgözəlov 2004-cü ildən 2009-cu ilə kimi Bakı şəhəri Yasamal rayon prokuroru vəzifəsində çalışıb.

2008-ci ildə Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, cinayət işləri üzrə ibtidai istintaqın aparılmasında, cinayətlərin açılmasında və məhkəmədə dövlət ittihamının müdafiəsində yüksək peşəkarlıq göstərdiyinə, xidməti vəzifəsinin yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan prokurorluğunun yaranmasının 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidendi İlham Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

2009-cu ildən 2014-cü ilə kimi Bakı şəhəri Səbail rayon prokuroru vəzifəsində çalışıb.

Şirxan Adıgözəlov həmdə Beynəlxalq Mühəndislər Akademiyasının doktorudur.


Şirxan müəllim Adıgözəlov - Bəşər tarixinin inkişafının məntiqi təhlili göstərir ki, dövlətlərin tərəqqiyə nail olaraq, ölkələr sirasında öz layiqli yerini tutması üçün zəruri şərtlərdən biri də xalqın özünə lider seçdiyi şəxsin özünəməxsus keyfiyyətləridir. Belə ki, dövlətlərin ərazi və iqtisadi imkanlarından asılı olmayaraq, onun hərtərəfli inkişafını təmin edən əsas amillərdən biri məhz lider amilidir. Tarixi inkişaf proseslərinin mürəkkəbliyi və ziddiyyətliliyi içərisində qanunauyğunluqları müəyyənləşdirməyi bacaran, bundan xalqının mənafeyi üçün istifadə etməyə, baş verənləri düzgün qiymətləndirməyə qadir olan və praqmatik siyasət həyata keçirə bilən lider hadisələrin gedişatını praqnozlaşdıraraq ölkəsini, xalqını potensial risklərdən qoruyur, onun sosial-iqtisadi inkişafını xeyli dərəcədə sürətləndirməyə nail olur

Dünyada baş verən prosesləri özünəməxsus məntiqi təhlil süzgəcindən keçirən ulu öndərin yürütdüyü daxili və xarici siyasət ölkəmizin hər bir vətəndaşına azad yaşamaq və öz rifahını yüksəltmək üçün geniş imkanlar verdi. Heydər Əliyev idarəçiliyində iqtisadi inkişafın təmin edilməsi, ölkəmizin dünyaya inteqrasiyası, bazar iqtisadiyyatına keçidin sürətləndirilməsi və bu əsasda vətəndaş cəmiyyətinin formalaşması üçün geniş imkanların yaradılması prioritet istiqamətlərdən idi.

Ulu öndər bu istiqamətlərin reallaşması üçün konkret əməli tədbirlər görür, normativ-hüquqi sənədlərin qəbulunun təşəbbüskarı kimi çıxış edirdi. Bu baxımdan Prezidentin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlıgının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli fərmanı KİV-in müstəqil inkişafına və bununla da, əslində, vətəndaş cəmiyyəti quruculugunun sürətlənməsinə stimul vermiş oldu. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbul edilməsi də məhz ümummilli liderin ölkədə vətəndaş cəmiyyəti quruculuğuna olan qayğısının nəticəsi idi. Vətəndaş cəmiyyəti quruculuğunun digər şərtlərindən biri də, təbii ki, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsidir. Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilmişdir. Amma ümummilli liderin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci il fərmanı ilə bu məsələyə diqqəti daha da artırdı.

Ulu öndərin irəli sürdüyü hər bir ideya, mənəvi-ideoloji sahədə daha uzağa istiqamətlənmiş hər bir strateji əməl əsasən azərbaycançılıq məfkurəsi kontekstində köklənmişdir. Milli-mənəvi dəyərlərə dövlətçilik mövqeyindən qiymət verilməsi ölkəmizdə azərbaycançılığın qorunub-saxlanması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Əbu Turxan yazırdı ki, “xalqı millətə çevirən dövlətçilik şüurudur”.

Milli ideyanın – azərbaycançılığın müasir mərhələdə təməlləri də məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli lider xüsusi olaraq vurğulayırdı: “Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq, bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur” .

Heydər Əliyev azərbaycançılığın bütün tərkib hissələrini milli ideologiyamızın strukturuna daxil etməklə, mənəviyyat və dövlətçiliyin sintezindən çıxış edirdi. Ulu öndər YAP-ın yaradılmasının 6-cı ildönümü münasibəti ilə təntənəli yığıncaqda demişdi: “Bizim həm xarici siyasətdə, həm daxili siyasətdə, həm ictimai-siyasi sahədə, həm də sosial-iqtisadi sahədə gördüyümüz işlər milli ideologiyanın üzərində qurulur. Bu milli ideologiya nədən ibarətdir? Birincisi, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə, hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır və bizim partiyamız, bütün dövlət orqanları, bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından – hər şeydən üstün tutsun”.

Ümummilli lider dövlətçiliyimizi və milli-mənəvi dəyərlərimizi azərbaycançılığın əsas komponentləri kimi təqdim edirdi. Dövlətçilik ideologiyası insanların bir vətəndaş kımi formalaşdırılmasını, Vətənə sevgi hissini, dövlət mənafeyini üstün tutmaq, şəxsi mənafeyi dövlət mənafeyi prizmasından keçirmək vəzifələrini əhatə edir. Heydər Əliyevə görə, dövlətçilik ənənələri dövlətçilik ideologiyası, dövlətçilik psixologiyası və dövlətçilik praktikasının vəhdətindən yaranır. Dövlətçilik ideologiyası hüquqi və siyasi şüurun yüksəldilməsini, insanın şəxsi həyatının, şəxsi maraqlarının cəmiyyətdə gedən proseslərlə əlaqələndirilməsini, dövlət idarəçiliyində hər bir şəxsin bilavasitə və ya bilvasitə iştirakının təmin olunmasını nəzərdə tutur. Dövlətçilik ideologiyası, habelə, iqtisadi təfəkkür və mədəniyyətin inkişaf etdirilməsini, dövlət tərəfindən qanunvericilik aktları ilə aparılan iqtisadi islahat proseslərinin məqsədyönlü surətdə insanların şəxsi mənafeyi, rifahı və həyat tərzi ilə əlaqələndirilməsini, uyğunlaşdırılmasını əhatə edir. Heydər Əliyev keçid dövründə iqtisadi islahat proqramının reallaşdırılması ilə milli-mənəvi dəyərlərin qorunub saxlanması arasında uyğunsuzluqlar ortaya çıxa biləcəyini də nəzərə alırdı. Dövlətçilik hissi mənəvi həyatın təməl hissəsi olub insanın bütün davranışlarını, dəyər yönümlərini, motivlər sturukturunu müəyyənləşdirir.

Ulu öndər nəinki Azərbaycan dövlət quruculuğunun təməl daşlarını düzmüş, bu sahədə qarşıda duran perspektivləri müəyyənləşdirmiş, həmçinin onları həyata keçirə biləcək layiqli davamcı da yetişdirmişdi. Bu şəxsiyyət Heydər Əliyev məktəbinin məzunu, praqmatik siyasətci, ümummilli liderin ideyalarının həyata keçirilməsinin ən etibarlı qarantı olan möhtərəm Prezidentimiz İlham Əliyevdir. Müasir dünyanın bu mürəkkəb və ziddiyətli zamanı axınında, dünyada ikili standartların, ayrı-seçkiliklərin hökm sürdüyü bir dövrdə ölkəmizdə qorunub saxlanılan stabilliyin, uğurlu inkişafın, nailiyyətlərin sükanını əlində möhkəm saxlayan Prezidentimiz xalqımızı daha yüksək firavanlıq hədəflərinə doğru aparmaqdadır.

Oxşar xəbərlər