Yaşar müəllim: Pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır - ÖZƏL

Yaşar müəllim: Pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır - ÖZƏL Müəssisə 1977-ci ildə istifadəyə verilmişdir.

31.07.1997 -ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Sarıcalar Pambıqtəmizləmə zavodunun bazasında “Saatlı Pambıq” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Bu il ən çox pambıq tədarükü Saatlı rayonunda olub. Pambıqçılığın rayonun inkişafına çox böyük xeyri var. Eyni zamanda, biz pambıqçılıqla məşğul olan bütün rayonlarda sürətli inkişafı görürük. Pambıqçılığın Azərbaycanda qədim ənənələri vardır. Əsrlərboyu xalqımız pambıqçılıqla məşğul olubdur. Ancaq pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə və eyni zamanda, 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib. Əgər biz statistikaya nəzər salsaq görərik ki, Ulu Öndərin dövründə Azərbaycanda pambıq tədarükü bir neçə dəfə artıb. 1980-ci illərin əvvəllərində 800 min ton–1 milyon tona qədər pambıq tədarük edilirdi. Bu, əlbəttə ki, respublikanın inkişafına səbəb olmuşdur. Məşğulluq yüksək səviyyədə təmin edilirdi. Pambıqçılıqla məşğul olan zəhmətkeşlər öz həyat şəraitini böyük dərəcədə yaxşılaşdırmışdılar. Kəndlərimiz abadlaşdı, o vaxt Azərbaycana böyük investisiya cəlb olundu. Əlbəttə, biz o vaxt müstəqil dövlət deyildik və Azərbaycan xalqı onu da unutmamalıdır ki, Sovet İttifaqının tərkibində Azərbaycan iki respublikadan biri olmuşdur ki, öz tələbatını özü ödəyirdi, eyni zamanda, ümumittifaq büdcəsinə də töhfə verirdi. Qalan 13 respublika dotasiya ilə işləyirdi. Pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə, pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilmişdir. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Saatlı Pambıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar müəllimdir.

“Saatlı Pambıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar müəllim peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli peşəyə yiyələnən Yaşar müəllim bu işin müqəddəsliyini qoruyub saxlayır. Yaşar müəllim kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Yaşar müəllimdən danışdılar yaxşı ki, Yaşar müəllim “Saatlı Pambıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunub… Yaşar müəllim öz isguzarlığı ilə tanınır və seçilir….


Yaşar müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Yaşar müəllim böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Yaşar müəllim yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Yaşar müəllim ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Yaşar müəllimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Yaşar müəllim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Yaşar müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Saatlı Pambıq” Açıq Səhmdar Cəmiyyəti kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Yaşar müəllim özünü doğruldub. Bizdə hörmətli Yaşar müəllimi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Yaşar müəllim: Pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır - ÖZƏL

Yaşar müəllim: Pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır - ÖZƏL


Oxşar xəbərlər