Rusiya prezidenti Vladimir Putin problemli məsələlərin həllinə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Trend-in məlumatına görə, V.Putin türkiyəli həmkarına müraciət edərək bildirib: “Bizim İstanbuldakı görüşümüzdən sonra həllini tapmamış məsələlərdə bir qədər irəliləyişlər gördüyümüzə görə sizə təşəkkür edirəm”.
Rusiay prezidenti xatırladıb ki, İstanbula səfəri zamanı o, “Türk axını” qaz kəmərinin dəniz hissəsinin tikintisinin başa çatması mərasimində iştirak edib: “Türkiyə öz xarici siyasətinin müstəqil xarakterini və etibarlı tərəfdaş olduğunu bir daha təsdiqlədi. Bu, bizim milli iqtisadiyyatımızın, bütün Avropanın enerji təhlükəsizliyinin marağındadır”.
Bununla yanaşı, V.Putin qeyd edib ki, Rusiya və Türkiyə arasında əməkdaşlıq üçün bir çox digər sahələrdə var.