Bu gün “Whatsapp” sosial şəbəkəsində bir sürücünün səs yazısı geniş yayılıb
Biir neçə saat ərzində Bakıda demək olar ki, bütün sürücülərin telefonuna göndərilən səs yazısında bir nəfər tərəfindən Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Cavanşir Ələkbərovun ünvanına sərt ittihamlar səslənir. Guya həmin sürücü özü də daxil olmaqla bir neçə sürücü Babək prospektində hərəkətdə olan zaman qaran rəngli, 005 nömrəli “Toyota Camry” markalı avtomobil aşağı sürətlə hərəkət edir, nəticədə arxadan gələn sürücülər əsəbiləşərək onu sağdan ötür. Guya 005 nömrəli maşını Cavanşir Ələkbərov özü idarə edir və qarşıda onu ötən sürücüləri yol polisi saxlayaraq maşını cərimə meydançasına aparır. Buna isə rəis özü göstəriş verir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirdi ki, Cavanşir Ələkbərov daim ərazidə olan, xidmətdə fərqlənən rəislərdən biridir. Bu səsi yayan şəxs isə ümumilikdə yol polisinin fəaliyyətinə kölgə salmağa çalışır: “Əgər onun əlində fakt varsa, görüntünü, foto və videonu da götürüb rəsmi qaydada müraciət edərdi. Görünür, qayda pozub, cərimə edilib, bu üzdən də guya yol polisini ləkələməklə qisas almağa çalışır”.
Vaqif Əsədov bildirdi ki, səs yazısı DYP rəhbərliyinin göstərişi ilə araşdırılıb və deyilənlər təsdiqini tapmayıb: “Bir daha deyirəm, bunu sübut edəcək faktlar varsa gətirib təqdim etsin, araşdırıb tədbir görək. Amma gizlin şəkildə səs yaymaqla heç bir nəticə əldə etmək mümkün deyil. Birincisi, sürücünün iddia etdiyi ərazilərdə hazırda təmir gedir və buna görə də orada onsuz da hərəkət sürəti aşağıdır. Bundan başqa, həmin yolun istifadəyə verilən hissəsi bir neçə zolaqdan ibarətdir və burada heç kim heç kimin yolunu kəsə də bilməz. Digər tərəfdən isə Xətai rayon DYPŞ-nin rəisi Cavanşir Ələkbərovun 005 nömrəli avtomobili yoxdur. Hazırda idarə etdiyi avtomobil isə başqa modeldir və ağ rəngdədir”.