Bundan düz 45 il əvvəl, o zamanlar SSRİ adlı nəhəng bir ölkənin tərkibinə daxil olan Azərbaycanın səmasında unikal hadisə – havada reaktiv təyyərənin taranı baş verib.
Axar.az xəbər verir ki, bu barədə RİA yazıb.
1973-cü ilin 28 noyabrında Sovet-İran sərhədi səmasında, Muğan düzü bölgəsində yerüstü HHM sistemləri növbəti sərhəd pozuntusunu qeydə alıb. Bu ərazi SSRİ HHM qüvvələri üçün kifayət qədər narahat, sovet torpaqlarında kəşfiyyat aparmaq üçün isə uyğun bir region hesab olunurdu. Sərhəd konturunun xüsusiyyətləri düşmənin kəşfiyyat təyyarələrinə öz tapşırıqlarını yerinə yetirmək və cəzalandırılmadan İrana qayıtmağa imkan verirdi.
Naməlum uçan aparatın tutulması üçün 982-ci qırıcı aviasiya alayının komandir müavini, 35 yaşlı kapitan Gennadi Yeliseyev göndərilir. O, tapşırığa MiQ-21SM təyyarəsi ilə uçur. Sonradan SSRİ-nin hava məkanına İranın RF-4C Phantom təyyarəsinin daxil olduğu müəyyənləşir. ABŞ-ın ən məşhur qırıcısının kəşfiyyat üçün nəzərdə tutulan bu variantı həmin illərdə tamamilə izləmə avadanlıqları ilə təchiz olunmuşdu. Təyyarənin xüsusən uzadılmış burun hissəsində bir neçə aerofotoaparat yerləşdirilmişdi. Qırıcı həmçinin üzərində quraşdırılan konteynerdəki uzunfokuslu fotokameradan istifadə imkanlarına malik idi. İnfraqırmızı skaner və radiolokasiya stansiyası ilə təchiz olunmuş təyyarə gündüz və gücə saatlarında, alçaq və yüksək hündürlükdə çəkiliş apara bilirdi. Təyyarənin silahlanmasına 4 ədəd idarəolunan hava-hava tipli raket daxil idi.
SSRİ ilə sərhəddə yerləşən İran Sovet İttifaqına qarşı casusluq fəaliyyətinin icrası cəhətdən ABŞ üçün çox faydalı hesab olunurdu – ölkələr birlikdə MKİ-nin hazırladığı genişmiqyaslı “Qara gen” (Project Dark Gen) layihəsini həyata keçirirdilər. Proqram çərçivəsində Sovet İttifaqının HHM sisteminin zəif nöqtələrinin və mümkün müdaxilə zamanı onun imkanlarının müəyyən edilməsi planlaşdırılmışdı.
ABŞ xüsusi xidmət orqanlarının SSRİ-İran sərhədi boyu radiolokasiya sistemindəki boşluqlardan istifadə edə bilməsi onlara mütəmadi və gözəgörünməz şəkildə informasiya toplamaq üçün sərhədi keçmək imkanı verirdi. İran “Fantom”u da həmin vaxt elə “Qara gen” layihəsinin tapşırıqlarından birini icra edirdi. Heyət iki nəfərdən ibarət idi – təyyarəni İran hərbi pilotu Məhəmməd Şokuniya idarə edir, onun arxasında isə ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Con Sonders otururdu. Tapşırığın uğursuzluğa düçar olacağı halda xüsusi bir əfsanə uydurulmuşdu: guya amerikalı təlimatçı iranlı kursanta yeni növ təyyarədə uçmağı öyrədir, SSRİ-nin hava məkanına girilməsi isə istiqamətdə səhvə yol verən pilotun təcrübəsizliyi nəticəsində təsadüfən baş verir.
Sovet pilotu casuslara artıq SSRİ-nin hava məkanından çıxarkən çata bilir. Kapitan Yeliseyev hədəfi məhv etmək üçün atəş açmaq qərarı verir. Çünki qarşısındakı qaydalara əsasən, dərhal enişə məcbur edilməsi nəzərdə tutulan nəqliyyat təyyarəsi deyil, hərbi təyyarə idi. “Fantom” istiqamətində iki ədəd hava-hava tipli raket yönəldilir. Ancaq sərhədpozan bütün termal tələ ehtiyatından istifadə etməklə qaçır – raketlər hədəfin sadəcə bir neçə onmetrliyindən keçir.
Yeliseyevin nə üçün aviasiya topundan istifadə etmədiyi hələ də məlum deyil: versiyalardan biri silahda texniki nasazlığın yaranmasıdır.
Buna baxmayaraq, pilot düşməni belə asanlıqla əldən buraxmaq fikrində deyildi – ona yerdən tapşırıq verilmişdi: “Təyyarəni hansı yolla olur olsun, vurmaq”. “Fanton” qaça bilməzdi – onun göyərtəsində hansı silah və avadanlıqları daşıdığı və uçuşunun məqsədi naməlum olaraq qalırdı. Bu zaman kapitan Yeliseyev hava döyüşündə son arqumentə – tarana getməyə qərar verir. O, qırıcısını düşmən istiqamətinə yönəldir, lakin görünür, pilot təyyarənin quyruq qanadlarını səliqəli şəkildə kəsmək niyyətinə nail ola bilməyib və bunun əvəzinə “MiQ” bütün gövdəsi ilə RF-4C-nin üzərinə gedərək onu idarəolunmaz enişə məhkum edir.
Nəticədə sovet təyyarəsi elə havada olarkən partlayır, kapitan Yeliseyev isə katapult etməyə imkan tapmır. Hadisədən bir neçə gün keçir və ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilir. RF-4C-nin heyəti sağ qalır və zədələnmiş təyyarəni havada olarkən tərk etməyə nail olur. Lakin yerdə artıq onları sərhədçilər gözləyirdi.
Təyyarənin pilotları yalnız hadisədən bir neçə həftə sonra İrana qayıdırlar. Onlar daha əvvəl İran ərazisinə düşən sovet peykinin məlumatları ilə dəyişdirilirlər. Məhəmməd Şokuniya İran Hərbi Hava Qüvvələrində xidmətini davam etdirir. O, 1982-ci ildə İran-İraq müharibəsi zamanı ölür. Bu zaman onun “Fantom”unu İraq ordusuna məxsus MiQ qırıcısı məhv edir.
Supersonik təyyarələrin tarixində ikinci və sonuncu belə hal da həmçinin günəşli Muğan ərazisində baş verib. O zaman yenə İran istiqamətində SSRİ-nin hava məkanı pozulub. Argentina aviakompaniyasına məxsus CL-44 tipli silah daşıyan nəqliyyat təyyarəsinin tutulması üçün Su-15TM qırıcısı ilə Valentin Kulyapin havaya qalxıb.
Kapitan Kulyapin sərhəd pozucusunu enişə məcbur etməli idi. Nəqliyyat təyyarəsinin heyətinə vizual göstərişlər versə də, təyyarə heç bir şəkildə pilotun tələblərinə məhəl qoymur. Bu zaman pilota düşməni məhv etmək əmri verilir. Su-15 hava-hava tipli raketlərlə təchiz olunmasına baxmayaraq, CL-44 buraxılış üçün uyğun məsafədə deyildi. Kulyapinin ikinci bir şansı yox idi – hədəf sərhəddən çıxırdı və qaça bilərdi. Pilot düşmənə qarşı taran etmək qərarına gəlir: 11 kilometr yüksəklikdə öz MiQ-inin gövdəsi ilə CL-44 təyyarəsinin sağ stabilizatoruna zərbə endirir. Kulyapin katapult etməyi bacarır, nəqliyyat təyyarəsi isə sərhəddən bir neçə kilometr aralıda yerə çırpılır, bütün heyət həlak olur.
Təqdim olunan material məxfilik statusu ləğv edilmiş materiallar əsasında hazırlanıb. Şübhəsiz, bu cür mərdlik və qəhrəmanlıq nümunələri az deyil, ancaq onlar hələ ki, rəflərdə saxlanılır və öz zamanını gözləyir.