"Neftin qiyməti 50 dollara düşsə, artıq təhlükəli hədd başlayar”
Bunu BakuPost-un neftin qiymətinin ucuzlaşması və qonşu ölkələrin valyutalarının dəyər itirməsinin Azərbaycan manatına təsiri barədə sualını cavablandıran iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.
R. Ağayev deyib ki, neftin bir barelinin qiyməti 50 dollara enərsə, bu, Azərbaycan üçün bir siqnal olacaq:
"Çünki tədiyyə balansının tənzimlənməsi üçün problem yaranır. Yəni ölkəyə valyuta gəlişinin valyuta gedişindən az olması mərhələsi başlayır. Bu baxımdan neftin qiymətinin necə olacağı çox önəmlidir. Neftin qiyməti sürətlə 40-35 dollara düşsə, çox ciddi problemlər yaranacaq. Ancaq hökumətin sərəncamında ehtiyatlar var. 2016-cı ildən sonra neftin qiymətinin qalxması nəticəsində bu illər ərzində Neft Fondunun ehtiyatları 4 milyard dollara qədər artıb.
Mümkündür ki, hətta neft 30 dollara düşsə belə, hökumət 2-3 ay gözləmə mövqeyi tuta bilər, çünki neft bazarı çox volatikdir. Düşünə bilərlər ki, neftin qiyməti yenə yüksələ bilər. Bilirik ki, neftin qiymətləri məsələsində siyasi proseslər çox böyük rol oynayır. Xüsusən ABŞ və Rusiya prezidentlərinin, Səudiyyə Ərəbistanını vəlihədinin bəyanatları faktiki neft bazarını idarə edir. Bazar faktiki onların bəyanatlarının, tvitlərinin təsiri altındadır. Bu ilin sonuna da az, bir ay qalıb. Hətta sabah neft 30 dollara düşsə də, hökumətin dərhal devalvasiyaya gedəcəyinə inanmıram. Lakin neftin qiyməti uzun müddət 50 dollardan az, xüsusən 40 dollar və ondan az olarsa, o zaman Azərbaycan manatının sabitliyi üçün ciddi problemlər yaranacaq.
Bir məqamı da qeyd edim. Rusiya, Türkiyə və İranın birlikdə valyutalarının və neftin qiymətinin Azərbaycan manatının məzənnəsinə təsirini qiymətləndirsək, şərti olaraq ayrılıqda neftin qiymətinin manatın məzənnəsinə təsirini 75 faiz qiymətləndirmək olar. Əlbəttə, neftin qiyməti azalırsa, bu üç qonşu ölkənin milli valyutalarının məzənnəsinin sabitliyi pozulursa, bu iki amilin birləşməsi manat üçün daha böyük təhlükə yaradır. Amma neftin qiyməti sabit qaldığı halda həmin ölkələrdə milli valyutaların məzənnəsi manata ciddi təsir edə bilmir. Məsələn, bu ilin iyul-avqust aylarında Rusiya rublu, İran realı və Türkiyə lirəsi ucuzlaşdı, amma manat faktiki sabitliyini qoruya bildi. Çünki neftin qiyməti yüksək idi. Əgər neftin qiyməti 50 dollardan aşağı düşsə, manatın sabitliyi pozula bilər və bu, realdır. Ancaq öncə dediyim kimi, bu halda hökumət bir müddət gözləyəcək, çünki sərəncamında ehtiyatlar var. Amma hökumət aşağı neftin qiymətinin uzunmüddətli olduğuna əmin olsa, fərqli vəziyyət yaranacaq. O halda hökumət özü də manatın məzənnəsini saxlamaqda maraqlı olmayacaq”.
R. Ağayev onu da qeyd edib ki, bu gün ABŞ neftin qiymətinin aşağı olmasında maraqlıdır: "Ona görə də mən neftin qiymətinin yüksək olacağını gözləmirəm. Görürəm ki, trend aşağıya doğrudur. Neftin qiymətinin 50 dollarda sabitləşib-sabitləşməyəcəyini isə yaxın vaxtlarda görəcəyik”.