Suriya ordusunun artilleriya bölmələri bazar günü xlorlu mərmi ilə Hələb şəhərinin yaşayış məhəllələrini atəşə tutan silahlı qruplaşmaların mövqelərinə cavab zərbələri endirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Suria” telekanalı məlumat yayıb.
Bildirilir ki, dəqiq zərbələr nəticəsində terrorçuların sıralarında xeyli sayda ölən var.
Hələbin polis idarəsinin rəisi general İssam əş-Şalli zəhərləyici maddə tərkibli döyüş sursatlarının tətbiqinə görə “Nüsra cəbhəsi” terror qruplaşmasını məsuliyyətli bilib.
Bundan əvvəl Hələb şəhərinə xlorlu mərmilərin atılması nəticəsində 50 nəfər zəhərlənib.