Daxili İşlər Nazirliyində «Şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi"nin və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə»nin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Nazirlikdən verilən məlumata görə, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Kollegiya iclasını açaraq müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu və əməliyyat-xidməti fəaliyyətdə mühüm əhəmiyyət kəsb etdiyini xatırladıb, vətəndaşların müraciətlərinə baxılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim xüsusi diqqətində və nəzarətində olduğunu, məhz dövlət başçısının tapşırığına əsasən, son illər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda mütəmadi olaraq vətəndaşların qəbulunu keçirdiklərini, problemlərini şəxsən dinlədiklərini vurğulayıb.
Qeyd olunub ki, bu mühüm işin məqsədyönlü təşkili, eyni zamanda, vətəndaşların polis orqanlarına inam və etimadının güclənməsinin, vətəndaş məmnunluğunun təmin edilməsinin başlıca şərtlərindən biridir.
Həmçinin, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cəmiyyətin mənəvi dəyərlərinə böyük zərbə vuran, bir çox ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə görülən işlərin vəziyyətinin müzakirə edilməsinin və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsinin vacibliyi də vurğulanıb.
Gündəlikdəki birinci məsələ ilə bağlı DİN Katibliyinin rəisi, polis general-mayoru Səfər Əliyev məruzə ilə çıxış edib. O, bildirib ki, bütövlükdə «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» 2003-cü il 24 noyabr tarixli Fərmanın və «Açıq hökumətin təşviqinə dair» Milli Fəaliyyət Planının aidiyyəti müddəalarının icrası uğurla davam etdirilir.
Belə ki, son 3 ilə yaxın müddətdə Nazirliyin rəhbərliyi tərəfindən 6.569, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın bölgələri üzrə 2.812, habelə ərazi polis orqanlarında 178 mindən çox vətəndaş qəbul edilib. Görülmüş tədbirlərlə cari ilin 9 ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olan şikayətlərin sayı 23,7 faiz, Nazirliyə daxil olan şikayətlərin sayı 17,7 faiz, o cümlədən təkrar şikayətlərin sayı 25,7 faiz azalıb. Ümumilikdə, 55 şəhər və rayonun sakinlərindən polis əməkdaşları barədə daxil olan şikayətlərin sayında nəzərəçarpacaq azalma qeydə alınıb. Həmin dövrdə Nazirliyə 2 minə yaxın həm fərdi, həm də kollektiv minnətdarlıq məktubları daxil olub.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov gündəlikdəki ikinci məsələ barədə məruzə edib. O bildirib ki, Nazirlik tərəfindən respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin məqsədyönlü təşkilinə, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir və davamlı tədbirlər görülür. Yeniyetmə və gənclər arasında narkotik vasitələrdən istifadənin qarşısının alınması, hüquqi maarifləndirmə, sağlam həyat tərzinin təbliği mövzularında təkcə cari ilin 9 ayında 78 şəhər və rayonda 695 görüş keçirilib ki, bu tədbirlərin də yarıdan çoxunda polis rəisləri digər hüquq-mühafizə və səhiyyə orqanlarının nümayəndələri ilə birlikdə iştirak ediblər. Həmin müddətdə narkotiklərlə əlaqədar cinayətlər törətmiş 67 nəfərdən ibarət 28 cinayətkar qrup zərərsizləşdirilib, 117,5 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Qanunsuz dövriyyədən 960 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, habelə 3 kiloqramdan çox sintetik tərkibli psixoaktiv maddələr çıxarılıb. Narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərlə 132 ton çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.
Gündəlikdəki məsələlər ətrafında çıxış edənlər görülmüş işləri, əldə olunmuş nəticələri qeyd etməklə yanaşı, fəaliyyətdə buraxılan bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində kəsərli tədbirlərin həyata keçiriləcəyini bildiriblər.
İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirə olunan hər iki məsələ üzrə fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu vurğulayıb, eyni zamanda, qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.
Nazir “Narkotiklərlə mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ilin 16-18 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarxli Sərəncamının icrası istiqamətində zəruri tədbirlərin görülməsini də tələb edib, həmçinin güclü təsirə malik olan narkotiklərin qanunsuz dövriyyəyə girmədən aşkarlanmasının, onları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən şəxslərin müəyyən edilməsinə yönəlmiş əməliyyat-axtarış tədbirlərinin, eləcə də yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın effektivliyinin daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.
Sonda daxili işlər naziri ölkə Prezident İlham Əliyevi əmin edib ki, şəxsi heyət ölkənin qanunlarından, dövlət başçısının fərman və sərəncamlarından irəli gələn tələbləri layiqincə yerinə yetirəcək, xalqa və dövlətə sədaqətlə xidmət edəcək, asayişin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək, həmişə olduğu kimi, cari ili də yaxşı nəticələrlə başa vuracaqdır.