"Şükr edək ki, Rüstəm İbrahimbəyov prezident seçilmədi, yoxsa torpaqları satardı" - deputat

"İndiyə qədər Azərbaycan adı, soyadı ilə yaşayan bir şəxsin ömrünün ahıl çağında xalqını aşağılaması, millətinin milli hisslərini təhqir etməsi və nəıticədə tarixə satqın kimi düşməsi heyfisləndiricidir”.



Demokrat.Az xəbər verir ki, bunu ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissorları Eldar Şengela və Fuad İbrahimbəyov olan "Qafqaz üçlüyü” filmində azərbaycanlıların mənfi obrazının yaradılmasından danışarkən millət vəkili Aqiyə Naxçıvanlı deyib.



Deputat R.İbrahimbəyova məntiqli bir sual ünvanlayıb:



" Daxilində xalqına qarşı uzun müddətdir nifrət daşıyan bir insan Azərbaycanın ona layiq gördüyü təltifləri necə qəbul edə bilib?



"Ulu öndər Heydər Əliyev deyirdi: "Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir”. Görünür, bu qızıl kəlamların R.İbrahimbəyova heç bir aidiyyəti yoxdur. Bu yaşda və başda olan insan belə səhv edə bilməz. Bu xəta deyil, xəyanətdir. Həm də xalqına xəyanətdir. Onun antimilli addımları hər bir azərbaycanlını təəssüfləndirir. Bir ziyalının, mənsubiyyəti azərbaycanlı olan bir şəxsin xalqını təhqir etməsi, aşağılaması, xəyanəti təəssüf və təəccüb doğurur”.



A.Naxçıvanlının fikrincə, insanı müxtəlif vasitələrlə şirnikləndirmək mümkündür. Amma ziyalının Azərbaycanı istəməyən qüvvələrin təsirinə düşməsi, hansısa sovqatlara aldanması asan məsələ deyil:



"Mükafat xatirinə xalqını aşağılamaq olarmı? Böyük bir xalqı, Azərbaycançılıq məfkurəsini asanlıqla nəyəsə dəyişmək olarmı? R.İbrahimbəyovun nəyi çatmırdı ki? "Oskar” alıb, Azərbaycan xalqının nifrətini qazanmaq ona xoşdurmu? Vətən və xalq məfhumu çox müqəddəs və bənzərsiz anlayışlardır. Onu hər hansı bir mükafata dəyişmək olmaz. R.İbrahimbəyov və başqaları 2013-cü ildə baş tutan prezident seçkilərindən öncə, özlərini demokratik qüvvə adlandıraraq Milli Şura yaratmışdılar. Budur Milli Şuranın baş ideoloqu? Adı milli, özü isə anti-milli... Allaha şükr edək ki, 2013-cü ildə xalq R.İbrahimbəyovu prezident seçməyib. Yəqin, o, bir həftənin içərisində xalqını da, torpağını da satardı. Xəyanət etməsi uzun çəkməzdi”.



Qeyd edək ki, 2015-ci ildə çəkilmiş "Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər, "vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, gücllü, təmənnasız və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur. Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi "vəhşi azərbaycanlıların” "dinc ermənilərə” qarşı qəddarlığını göstərməkdir. (Sherg.az)

Oxşar xəbərlər