Almaniyada Merkel dövrü başa çatır: o, partiya sədrliyindən gedir

Almaniyada Merkel dövrü başa çatır: o, partiya sədrliyindən gedir Almaniya kansleri Angela Merkel Xristian Demokrat Birliyinin sədri postundan gedir.

“Reuters”in yaydığı məlumata görə, alman kansler partiyasının rəyasət heyətinin toplantısında dekabr ayında keçiriləcək qurultayda liderliyə namizəd olmayacağını bildirib. Angela Merkel bu vəzifəni 2000-ci ildən bu yana tutur.

Merkelin qərarında Hessen əyalətində keçirilən seçkilərin böyük rol oynadığı qeyd olunur. (Partiyanın səsləri 38%-dən 27%-ə düşüb)

Almaniyanın “Bild” qəzetinin məlumatında isə Merkelin son reytinqlərdə 24%-ə qədər gerilədiyi bildirilmişdi. Həmin rəy sorğularında “Yaşıllar”ın səslərinin 20%-ə qədər yüksəldiyi qeyd olunub.

Rusiyapərəst “Almaniya üçün Alternativ” partiyasının isə 16% nüfuza malik olduğu ortaya çıxıb.(musavat.com)

Oxşar xəbərlər