Roma Papası gənclərdən üzr istədi

Roma Papası gənclərdən üzr istədi Roma Papası Fransisk rahiblərin gənc nəslin problemlərinə az diqqət yetirdiklərinə görə gənclərdən üzr istəyib.

Oxu.Az-ın verdiyi xəbərə görə, Papa gənclərə bütün yaşlıların adından müraciət edib:

“Sizi dinləmədiyimiz, ürəyimizi açmaq əvəzinə qulaqlarınızı doldurduğumuz üçün bizi bağışlayın.

Sizin həyatınız Tanrı üçün dəyərlidir, o, gəncləri sevir. Bizim üçün də sizin həyatınız qiymətlidir, hətta irəli getmək üçün zəruridir”, – pontifik deyib.

Oxşar xəbərlər