Qubada əmisinin gəlinini qaçırdığına görə döyülərək öldürüldüyü deyilən Elşad Əsədovun dayısı oğlu "Ölkə.Az"a danışıb. Mərhumun qohumunun dediyinə görə, E.Əsədovun əmisinin gəlini Aynur Əsədova könüllü surətdə onunla qaçıb:
"Elşadı gəlin yoldan çıxarıb. Kim kimisə məcburən özüylə bir neçə gün harasa apara bilər? Sonra kəndin uşaqları gedib yerlərini tapıblar və Elşadı amansızcasına öldürüblər. Meyitin yuyulmasında şəxsən iştirak etmişəm. Artıq gəlin də tapılıb, yazışmalar da üzə çıxıb. Elə Elşadı yoldan gəlin çıxarıbmış".
Qeyd edək ki, 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.
Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. Hadisədən sonra E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hər üç şəxs saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.