Bu gün Abşeron rayonu Ceyranbatan qəsəbəsindəki 2 saylı məktəbdə direktor və bir qrup müəllim arasında dava olub, valideynlərdən biri mübahisəni telefonla qeydə alaraq görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Görüntüdən bəlli olur ki, davaya valideynlər də qatılıb, direktor özbaşınalıqda günahlandırılır.
Minval.İnfo xəbər verir ki, adını açıqlamayan müəllimlərdən biri davanın baş vermə səbəbini virtualaz.org-a danışıb. Onun sözlərinə görə, məktəbin təxminən 10-a yaxın müəllimi Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmədə keçid balını toplaya bilməyib. Buna görə də direktor Leyla İsmayılova onların dərs saatını azaldıb.
“Təhsil Nazirliyinin qərarına görə, diaqnostik qiymətləndirmədə 10 baldan aşağı nəticə göstərən müəllimlərə 1-6 saat dərs verilir. Direktor da nazirliyin qərarı ilə onlara cəmi 6 saat dərs verib. Müəllimlərə təkrar imtahan verməlidirlər”, -müəllimə deyib.
Əlavə edib ki, tərəflər arasında əlbayaxa dava olmayıb, sadəcə dərs saatından narazı qalan müəllimlər qışqırıblar. Həmçinin valideynləri direktorun üstünə qaldırıblar. Nəticədə məktəbdə həm valideynlər, həm də müəllimlər arasında parçalanma yaranıb, tərəflər bir-birini ittiham edirlər. Dava ilə bağlı görüntülər yayılndan sonra Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri məktəbə gəliblər, direktor və narazı müəllimlərdən izahat alınıb.
Müəllimə bildirib ki, hazırda Leyla İsmayılova məktəbdə deyil, onun, yoxsa valideynləri məktəb rəhbərliyinin üzərinə qaldıran müəllimlərin cəzalandırılacağı bəlli deyil. Hər iki tərəf nazirliyin qərarını gözləyir.
Məktəbin telefonuna cavab verən digər müəllim isə təkcə dərs bölgüsü ilə bağlı narazılıq yaranmadığını söyləməklə kifayətlənib. “Direktor istirahət üçün icazə alıb, sabah məktəbə gələndə özü açıqlama verər”.
Təhsil Nazirliyindən isə hələlik məsələyə münasibət bildirməyiblər.