Bakı və ya ərəblərin seks üçün üz tutduğu şəhər – ARAŞDIRMA

Bakı və ya ərəblərin seks üçün üz tutduğu şəhər – ARAŞDIRMA Bakı və ya ərəblərin seks üçün üz tutduğu şəhər

Bakı günü-gündən inkişaf edir. Bu həm paytaxt sakinlərininin həm də buraya gələn turistlərin gözünü oxşayır.

Lakin təəsüflər olsun ki, turistlərin yarıdan çoxu əsasən də ərəb mənşəli qonaqlar Bakıya gözəlliyinə görə gəlmir. Daha dəqiq desəm, onlar buraya “gözəl”lərlə tanış olmaq üçün təşrif buyurur.

Gündəlik taksidən istifadə edənlər çox yaxşı bilir ki, sürücülər müxtəlif mövzulara toxunur. Bu yazıda, sözünü etdiyim gəlmələrlə daha çox ünsiyyətdə olan taksi sürücülərinin danışdıqlarından qeydlər də yer alacaq.

Başlayaq hava limanından…

Əgər ərəb turist ölkəmizə tək təşrif buyurubsa, o zaman taksini bir başa çox məşhur klublardan birinə sürdürücək. Və ya sürücü özü əməkdaşlıq etdiyi klubu təklif edəcək. Çünki taksi sürücüsü məkana gətirdiyi hər bir turistə görə faiz alır. Bu isə kluba görə dəyişir. Proses isə belə baş verir: Müştəri kluba gətirilir, içəridə sürücüyə qəbz təqdim olunur, çöldə isə həmin çek kassaya təqdim olunaraq faiz alınır. Məbləğ isə 10 AZN-dən 30 AZN-ə qədərdir.

Hava limanında taksi sürücülərinin ərəbə görə davasına şahid olanlar yəqin ki, bunun səbəbini anladı. Keçək gecə saatlarında həmin klublarda və klubun qarşısında yaşanan traqi-komik hadisələrə…

Başqa bir sürücünün danışdıqlarına görə, həmin məkanlarda demək olar ki, hər gün qızlar saç yolduya çıxırlar. Faciəvi məqam isə onların davasının içəridə deyil, çöldə olmasıdır. Hətta bir ərəbə görə dava edən xanımlar sonda onu paylaşmaq məcburiyyətində qalıblar. Sonra da deyirlər ki, bu yetim ərəb oteldə niyə öldü…

Klubdan bezən ərəb sizcə hara üz tutur? Təbii ki, şəhərin tam mərkəzi “Tarovıy” adlanan yerə… Bura nəinki gecələr, günün 24 saatı işləyir. Təbii ki, yenə də ərəblər üçün…

Burada xidməti ya qədim peşənin sahibləri bir başa edir, ya da bu işlərə baxan xüsusi bir adam olur. Həmin şəxs isə əksər hallarda kişi cinsinin nümayəndəsidir.

Yaxınlaşır, qiymət danışır və faizini alır. Bu qədər sadə. Gözümün şahid olduğu bir mənzərə doğrudan da məni mat qoydu. İki qadın söhbət edən 4 ərəbə yaxınlaşdı və özlərini onlara sürtərək uzaqlaşdı. Gedərkən isə geri baxaraq onlara qaş-göz etdi. Bunu görən turistlər ağızlarının suyunu axıda-axıda onların ardınca yol düşdü. Sonra nə baş verdiyi barədə imanımı yandıra bilmərəm.

Həəə, yaxşı yadıma düşdü, vaxtı ikən el arasında “30 manatlıq” adlandırılanlar, hazırda dollarla fəaliyyət göstərir. Manatla köhnə qiymətə bir sıfır da artırıb olublar “300 manatlıq”… Dəyişib inkişaf etmək buna deyirlər?

Restoranda yemək yeyib, qalıqlarını masanın altına atan, hesabı qəpinə qədər dəqiq ödəyən, “çayevoy” verməyən, taksiyə mindikdə isə şəhərin bu başından o başına getmək üçün ərəbin təbirincə desək xəmsə, yəni 5 manat vermək istəyən millətin nümayəndəsi kefi üçün lazım gəlsə 3000 manatından da keçir. “Ay əm open, şi iz not open” yəqin söhbətin nədən getdiyini anladınız…

Elə bilirsiniz ki, ancaq maşın, ev, müəyyən avadanlıqları kirayəyə götürmək mümkündür? Yanılırsınız! Misal üçün, yuxarda qeyd etdiyim “300 manatlıq”ları turistlər bir neçə günlüyünə endirimli qiymətlə kirayələyirlər. Bunu isə əsasən bölgələrimizə gedərkən edirlər. Səbəbini özünüz başa düşməyə çalışın…

Son zamanlar Bakı otelləri ərəblərin cəhənnəminə çevrilib. Sanki əcəl onları otaqda gözləyir. Şəhvətə qurban gedirlər…

Yazıqların ürəkləri tab gətirmir və dayanır.

Nə deyim vallah, bu gedişlə Tailand kimi seks turizmin inkişaf etdiyi ölkəni geridə qoymasaq yaxşıdır.

Əgər sözünü etdiyim ovçular şəhərin mərkəzi, Koroğlu istiqamətində, Olimpiya stadionu ilə üzbəüzdə özlərinə yer ediblərsə və polis avtomobili gördükdə qaçıb ağacların ardından gizlənirlərsə o zaman vəziyyətin nə qədər ağır olduğunu düşünmək çətin deyil.

Teymur Məmmədov

News24.az

Oxşar xəbərlər