“”Pak Dad” adlı restoran yenə bir turisti aldadıb. Keçən dəfə asiyalı turistə etdiklərinin eynisini ərəbə ediblər. Ərəb turistin aldığı 1 qab fasulye yeməyini 40 manata veriblər”.
AzEuroNews.com xəbər verir ki, bu sözləri Gunay Əliyeva adlı feysbuk istifadəçisi yazıb.
Onun sözlərinə görə, digər müştərilər etiraz etdikdə isə əvvəlcə porsiyası böyükdür bəhanəsini ediblər:
“Bu da inandırıcı olmayıb deyə müştərilərə “siz burda səhv axtarmağa gəlmisiz?” deyə kobud şəkildə müştəriləri başından ediblər. Bunu bu gün çox yaxın rəfiqəm yaşayıb.
Özü də deyir ki, turistə “şot”un 40 manat olduğunu deyəndə işçilər bir-birinə baxıb gülürmüşlər. Bu qədər arsızlıq, bu qədər harınlamaq olmaz! Mən artıq əsəbdən partlayıram”.
G.Əliyeva qeyd edib ki, rəsmi iş günü başlayan kimi İstehlakçıların Hüquqlarının Müdafiəsi Mərkəzinə zəng edəcək:
“Çünki “28 Mall” şikayət və təkliflər üzrə masaya vəziyyəti izah edəndə onlar şikayətimi qəbul etməmişdilər ki, həmin turist özü gəlib şikayət etməlidir, sizə qarşı heç bir haqsızlıq olunmayıbsa sizin şikayətiniz qəbul olunmur.
Xatırladım ki, eyni şeyi 4 gün əvvəl mənim gözümün qabağında asiyali (çin ya koreyalı turistə də etmişdilər”.
Mövzu ilə bağlı “Pak Dad”la əlaqə yaratmaq cəhdlərimiz heç cürə alınmadı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.