Yuxusuzluqdan əziyyət çəkənlər üçün faydalı məsləhətlər

Yuxusuzluqdan əziyyət çəkənlər üçün faydalı məsləhətlər İnsanların əksəriyyəti yuxusuzluqdan, normal yuxu yata bilməməkdən şikayətlənirlər. Bunların isə müxtəlif səbəbləri var.

Normal yuxuya gedə bilmək üçün faydalı məsləhələri təqdim edirik:

1. Yuxu gündəliyi tutun. Yatmazdan əvvəl beyninizi məşğul edən düşüncələri kağıza yazın. Bu, daha az fikirləşməyinizi təmin edəcək.

2. Yuxu planı qurun. Hər gn eyni saatda yatmağa çalışın.

3. Səhərlər idman edin. Axşam isə yatmazdan ən az 3 saat əvvəl idmanla məşğul olun. Yatmağa hazırlaşarkən qəhvə içməyin.

4. Yatmazdan 3 saat əvvəl yüngül yemək yeyin.

5. Elktronik əşyalarınızı söndürüb yatın.

6. İşıqla qaranlıq arasında müvazinət saxlayın. Qaranlıqda ifraz edilən Melatonin hormonu sayəsində daha asan yata bilərsiniz.

7. Bədəniniz necə rahat hiss edirsə, o şəkildə yatın. Rahat yastığa üstünlük verin.

8. Yatmazdan əvvəl həzin musiqi dinləyin.

9. Yuxuya getmə problemi yaşayanlar 4-7-8 metodundan istifadə edə bilərlər:

1) Dilinizi üst damağınıza yerləşdirin və bir qədər o vəziyyətdə saxlayın

2) Nəfəsinizi dərindən alaraq çölə buraxın

3) Ağzınızı yumun və yavaşca burnunuzdan nəfəs alaraq 4-ə qədər sayın

4) Nəfəsinizi tutub 7-yə qədər sayın

5) Nəfəsinizi tutub 8-ə qədər sayın

6) Bunu 3 dəfə və daha çox təkrar edin

Nə qədər yuxu yatmalısınız?

0-2 yaş – 15-17 saat

3-5 yaş – 12 saat

6-13 yaş – 10 saat

14-17 yaş – 9 saat

18-64 yaş – 8 saat

65 yaşdan yuxarı – 7 saat

/Qafqazinfo

Oxşar xəbərlər