“WhatsApp” sosial şəbəkəsində yeni problem üzə çıxıb.
Xəbər verir ki, xakerlər sizin adınızdan dost siyahınızdakı insanlara mesaj göndərə bilər.
Artıq milyonlarla istifadəçi təhlükə altındadır. Çünki hakerlər sistemdəki boşluqdan istifadə edərək istənilən istifadəçinin adından dost siyahısındakı şəxslərə mesaj göndərə bilərlər. Bu məlumatı “Check Point” üzə çıxarıb. Yeni təhlükəsizlik boşluğundan istifadə edərək ismarıclara müdaxilə edərək tərkibini dəyişdirmək də mümkündür. Şirkət tərəfindən yayılan xəbərdə deyilir:
“Şirkətimiz tərəfindən “WhatsApp”da hakerlərin sizin adınızdan dostluq siyahınızdakı insanlara mesaj göndərməsini təmin edən bir boşluq kəşf edib. Araşdırmalara görə, hakerlər təhlükəsizlik sistemindəki boşluqdan faydalanaraq mesajların mətnini də dəyişə bilirlər. Eyni zamanda qrup söhbətlərində istifadəçinin adını da dəyişə bilirlər.
Təhlükəsizlik üzrə mütəxəssislər qeyd edirlər ki, bu boşluq sayəsində saxta xəbər mətnləri də bütün dünyaya yayıla bilər.