“Çox xahiş edirəm, imkan versinlər uşaqlarım bu gündən sonra gün görsün. Onsuz da onlar kifayət qədər zərbə alıblar. Anar haqq dünyasına qovuşsun. Söz söhbəti də yığışdırsınlar”.
Bu sözləri Axşam.az-a ötən gün dünyasını dəyişən reper Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva deyib.
Anjelika reperin ölümündə onu günahlandıran qayınanasının sözlərinə münasibət bildirib:
“Mən Allah deyiləm. Can verməmişəm ki, can da alım. Anar mənim alqışımla yaranmayıb ki, qarğışımla da ölsün. Bilmirəm, qayınanamın mənə qarşı məqsədi nədir. Ona qarşı pis olmamışam. Həmişə deyirəm, deyəcəm də, o da mənə qarşı pis olmayıb. Başa düşürəm, övladını itirmiş anadır. Amma mənim heç bir günahım yoxdur. Ev pulu almağımın da o videoya heç bir dəxli yoxdur. Əlimdə o videonun mənim yaymadığımı sübut edən sənədlər var. Bu sənədlər də hamıya təqdim olunacaq. Sübut yoxdur ki, mən kimisə şantaj eləmişəm. Mən kiməm ki, kimisə şantaj edim? Bəli, uşaqlarımın haqqını tələb etmişəm. Hansı qadın istəyər övladları küçədə qalsın? Bunu tək mən yox, o ailə də düşünməlidir. Oğlumun 10, qızımın 6 yaşı var, körpə deyillər. Hər şeyi başa düşürlər. Evdən məhrum eləmisiniz, vidalaşmağa da qoymadınız”.
A.Cəbiyeva yas mərasiminə getməmə səbəbini də açıqlayıb:
“Düzdür, getmədim. Çünki nə anası istədi, nə də atası. Rizvan müəllim uşaqların ataları ilə vidalaşmasına icazə vermədi. Uşaqları bundan da məhrum elədilər. Bilmirəm məqsədləri nədir. Başımın üstə Allah var, Rizvan müəllim mənimlə pis danışmadı. Dedi ki, indi gəlmə. Qəbir üstə səni də, uşaqları da apararam. Orada gedib vidalaşarsız. Çünki yoldaşımın xasiyyətini tanıyıram. Mənə qulaq as, gəlmə. Ona görə də getmədim”.
Cəbiyeva Anarın ölüm xəbərini hələ də övladlarına demədiyini söyləyib:
“Anarın yadigar 2 övladı var. Biri anasının adını daşıyır, Şərqiyyə, digəri Tamerlan. Uşaqlarım ikinci dəfə atasız qaldılar. Düşünə bilmirəm ki, oğluma atasının öldüyünü necə deyəcəm. İki gündür içimdə qovruluram, üzünə baxa bilmirəm. Tamerlan Anarın yadigarı olaraq qalacaq, onun soyadını daşıyacaq”.
Cəbiyeva eyni zamanda bildirib ki, ailə həyatı qurandan Anar xəstə olub:
“Anamın evində saxlayıb onun müalicəsini mən etdirmişəm. Xəstəxanaları gəzmişəm. Həkimlər deyib ki, ona içki içmək olmaz. Dünən də atasına zəng vuranda dedim ki, qaraciyərini müalicə eləmişdiniz, nə oldu? O da dedi ki, içki içirdi. 3 il əvvəl qayınatamla da xəstəxanaya apardıq, bütün analizlərini verdik. Demişdim ki, Anar içmək olmaz sənə”.
Anjelika sonda keçmiş həyat yoldaşına Allahdan rəhmət diləyib:
“Anar elədiyini elədi. Haqq dünyasına qovuşdu. Allah günahlarını bağışlasın. Bundan sonra kimin başına nə gələcəyini bilmirik. Heç kim həyatdan sığortalanmayıb. Bundan sonra gərək elə yaşayaq ki, uşaqlar daha çox zərbə almasınlar. Ona görə söz-söhbəti yığışdıraq. Onsuz da ataları bunları küçədə qoydu getdi, bundan sonra onların haqlarını tapdalamaq nə dərəcədə düzgündür? Çox xahiş edirəm, mən nəvələrinizin anasıyam, bəsdirin. Başıma nələr gətirmədiniz. Bundan sonra mənə rahatlıq verin, uşaqlarımı böyüdüm. Hamımız ölüb gedəcəyik, o dünyada cavab verəcəyik. Kim kimə şər atırsa, yalan danışırsa, Allah qarşısında cavab verəcək. Qorxmurlar? Bəsdirin artıq. Qoyun, heç olmasa, ölən də öz yerini tapsın”