Gədəbəydə yol tikintisinə 11,4 milyon manat ayrıldı

Gədəbəydə yol tikintisinə 11,4 milyon manat ayrıldı Prezident İlham Əliyev Gədəbəy rayonunun Slavyanka–Qoşabulaq–Pərizamanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla on iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Slavyanka–Qoşabulaq–Pərizamanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Oxşar xəbərlər