İradə Gülməmmədova: Abşeron modern infrastruktur layihələri həyata keçirilir - ÖZƏL

İradə Gülməmmədova: Abşeron modern infrastruktur layihələri həyata keçirilir  - ÖZƏL İradə Gülməmmədova vətəndaşların fərdi qəbulunu keçirdi

İradə Gülməmmədova: Abşeron modern infrastruktur layihələri həyata keçirilir  - ÖZƏL


Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bu gün vətəndaşların fərdi şəkildə qəbulunu keçirib. Rayon İcra Hakimiyyətinin binasında reallaşan qəbulda bir qrup rayon sakini iştirak edib. Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən sosial problemlər, işlə təmin olunma, mübahisəli torpaq məsələsi və digər suallar barəsində olub.

Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib və həlli istiqamətində müvafiq addımlar atılıb.

Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Müəyyən zaman və vəsait tələb edən digər problemlər isə aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.


Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən “Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Qanuninfo.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.


İradə Gülməmmədova: Abşeron modern infrastruktur layihələri həyata keçirilir  - ÖZƏL

Son illər Abşeron rayonunun kənd və qəsəbələri, Xırdalan şəhəri günbəgün gözəlləşir. Rayonda yeni, modern infrastruktur layihələri həyata keçirilir. Küçələr, yollar, parklar abadlaşdırılır. Rayon əhalisi abadlıq-quruculuq prosesində böyük həvəslə iştirak edir.

Son illər rayonda əldə olunan bu parlaq uğurlar, ilk növbədə, Azərbaycan dövlətinin ölkəmizin başqa bölgələri kimi, Abşeron rayonuna da göstərdiyi böyük diqqət və qayğının nəticəsidir.

Təqdirəlayiq haldır ki, Abşeron rayonunun rəhbərliyi, Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova rayonun əmək kollektivləri gərgin səy, zəhmət hesabına əldə olunan bu qələbələri gələcəkdə daha da artırmaq, yeni zəfərlərə nail olmaq əzmindədir. Axı, qarşıda daha böyük vəzifələr durur. Deməli, daha gərgin, daha səmərəli çalışmaq lazımdır.


Mən Abşeron rayonunu, orada çalışanları yaxşı tanıyıram. Əlaqəm də möhkəmdir, müntəzəmdir. Hər kəs iş başındadır, vəzifəsinin icrasındadır. Hər kəsin haqqı özünə çatır. Kimsə harasa gedəcəksə, öz rəhbərindən icazə alacaq. Hansısa bir sayt rəhbərindən yox.

Bir də qeyd etməyi vacib sayıram ki, cızmaqaraçılar nə vaxtdan Abşeron rayonunun təəssübünü çəkən olublar? Öz valideyinlərində gördüklərini başqalarının ünvanına yaxmağa kim onlara ixtiyar verib?

Bu qədər şər və böhtanın saytlarda yerləşdirilməsinin məqsədi hər bir ağıllı insana bəllidir. Haqqı danana haqq da divan tutacaq.

İradə xanım Gülməmmədova - 02 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 1392 saylı Sərncamı ilə İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Abşeron rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.


İradə Gülməmmədova: Abşeron modern infrastruktur layihələri həyata keçirilir  - ÖZƏL

Tam əminliklə demək olar ki, İradə xanım Gülməmmədovanın rəhbərliyi uğurlu olmuşdur. Bu əminlik isə yalnız sözdən ibarət deyil. İlk öncə bir qadın icra başçısnın rəhbərliyinin nə qədər effektli, uğurlu olmasına aydınlıq gətirək. Son iki ildə Abşeron rayonunda demək olar ki, hətta fərdi qaydada belə kəskin sosial narazılıq aksiyası müşahidə edilməyib. Baxmayaraq ki, Abşeron rayonu Azərbaycanın ən mürəkkəb rayonlarından biri hesab olunur. Abşeron rayonu ərazsində on minlərlə məcburi köçkünün məskunlaşması həmin mürəkkəbliyi daha da artırıb. Məhz bu məqam ilə İradə xanım bir qadının rəhbərliyinin uğurlu ola biləcəyini sübut edib. Yeri gəlmişkən bu gün bütün dünyada qadınların idarəetmədə önə çıxması müşahidə olunur. İndi belə rəy formalaşmağa başlayır ki, qadınlar cəmiyyətdə harmoniyanı təmin etmək baxımından kişilərdən daha üstün imkanlara malikdirlər. Yeri gəlmişkən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması da ölkə vətəndaşları tərəfindən cəmiyyətdə harmoniyanın təmin olunmasına yardım edəcək ən böyük amil kimi qiymətləndirilməsi təsadüfi deyildi. Bu sadəcə gender bərabərliyi deyil. Bu iqtidar-cəmiyyət, sosial qruplar və ən nəhayətdə insanlar arasında harmoniyanın bərqərar olması deməkdir.

İradə Gülməmmədovanın Abşeron rayonunda ictimai münasibətlər sistemini daha da irəli götürərk harmoniya yaratmasında heç şübhəsiz ki, onun peşəsindən irəli gələn şəfqət hissi də az təsirini göstərməyib. Qeyd edək ki, İradə xanım ixtisasca həkimdir. Yeri gəlmişkən qeyd edək ki, Birinci vitese-prezident Mehriban xanım Əliyeva da ixtisasca həkimdir. Birinci vitse-prezidentin sosial sahəyə nəzarəti öz üzərinə götürməsi də həkimlərin hakimiyyətdə təmsilçiyinin sosial sahənin daha çox önə çəkilməsinə, beləliklə cəmiyyətdə harmoniyanın bərqarar olmasına və dərinləşməsinə yardım etməsini bir daha təsdiqləyir.


İradə Gülməmmədova: Abşeron modern infrastruktur layihələri həyata keçirilir  - ÖZƏL

İradə Gülməmmədova: Abşeron modern infrastruktur layihələri həyata keçirilir  - ÖZƏLİradə Gülməmmədova: Abşeron modern infrastruktur layihələri həyata keçirilir  - ÖZƏLİradə Gülməmmədova: Abşeron modern infrastruktur layihələri həyata keçirilir  - ÖZƏLİradə Gülməmmədova: Abşeron modern infrastruktur layihələri həyata keçirilir  - ÖZƏLİradə Gülməmmədova: Abşeron modern infrastruktur layihələri həyata keçirilir  - ÖZƏLİradə Gülməmmədova: Abşeron modern infrastruktur layihələri həyata keçirilir  - ÖZƏLİradə Gülməmmədova: Abşeron modern infrastruktur layihələri həyata keçirilir  - ÖZƏLİradə Gülməmmədova: Abşeron modern infrastruktur layihələri həyata keçirilir  - ÖZƏLİradə Gülməmmədova: Abşeron modern infrastruktur layihələri həyata keçirilir  - ÖZƏLİradə Gülməmmədova: Abşeron modern infrastruktur layihələri həyata keçirilir  - ÖZƏL

Oxşar xəbərlər