İrəvan şəhər məhkəməsi sabiq prezident Robert Koçaryan barəsində həbs qərarı çıxarıb.
***
Bu dəqiqələrdə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın taleyi həll olunur.
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Saytın yazdığına görə, eks prezidentin məhkəmə işini aparan hakimlər məşvərət üçün prosesə ara verib.
Yekun qərarın 23:30-da elan olunacağı bildirilir.
Xatırladaq ki, Ermənistanın ikinci prezidenti ölkədə konstitusion quruluşu devirməkdə təqsirləndirilib. Ona qarşı 2008-ci il martın 1-də 10 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyalarının dağıdılması ittihamı ilə cinayət işi açılıb.