“ABŞ necə ki, bizim strateji model ortağımızdırsa, dünyada digər ortaqlarımız da var. Onlarla əlaqələri kəsmək bizim ölkələr arasındakı müstəqillik anlayışımıza tərs düşər”.
APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Cənubi Afrika Respublikasına səfəri öncəsi jurnalistlərin ABŞ-ın İrana qarşı sanksiyalara Türkiyənin də qoşulmasını istəməsi ilə bağlı sualına cavabında deyib.
“Biz həmin ölkələrdən elə məhsullar alırıq ki… Onları almasaq, ölkəmizi kim isidəcək? Biz bunu hörmətli Obamanın dövründə də Amerikaya dedik, indi də eynisini deyirik”.
R. T. Ərdoğan ABŞ prezidenti Donald Trampın mövqeyini təqdir edib: “Hörmətli prezident bu məsələlərdə yaxşı duruş sərgiləyib. Bunun davam edəcəyini zənn edirəm. Ümid edirəm ki, yanlış addımlar atılmayacaq”.
Qeyd edək ki, ABŞ noyabrın 4-dən etibarən İranın neft sektoruna qarşı sanksiyalar tətbiq etməyə başlayacaq. Həmin tarixdən sonra İrandan neft tədarükü sanksiyaların pozulması hesab olunacaq. Türkiyə İrandan neft idxal edən ölkələrdən biridir.