“İstənilən klubla bağlı “qəza” baş verə bilər. “Neftçi”nin Budapeşt faciəsi “qəza” deyil, 3-4 ildi klubun “zirzəmi”də olmasının bir daha təsdiqidi. Bütün bunlar ilk növbədə “Neftçi”yə dost-tanışların iş yeri, qazanc mənbəyi kimi baxılmasının nəticəsidi. Futboldan xəbərsizlər illərdi “Neftçi”də prezident, vitse-prezident postlarını tuturlar. Biri gedir, digəri gəlir. Onlara “Neftçi”, futbol lazım deyil, “məqamdı, çap-tala” prisipidi. Ən acınacaqlısı isə kluba kiminsə şəxsi vəsaiti xərclənmir, dövlətin, xalqın puludu”.
Apasport.az xəbər verir ki, bu sözləri “Neftçi” klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov deyib.
Avropa Liqasında mübarizəni I mərhələdə dayandıran “Neftçi”nin Macarıstanda “Uypeşt”ə 0:4 hesabı ilə biabırçı məğlubiyyətinə toxunan Süleymanov fiaskoda klub rəhbərliyini günahlandırıb. Onun fikrincə, cəzasızlıq o həddə çatıb ki, azarkeşlərin hissiyyatı ilə oynayaraq, pulları istədikləri kimi xərcləyir, heç bir məsuliyyət daşımırlar.
“Son aylar təzyiq olmasın deyə “Neftçi” adına istənilən dəstəyi verdik. Baxmayaraq ki, transferlər, təlim-məşq toplanışımda “Neftçi”nin adına layiq olmayan rəqiblər üzərində yalançı qələbələrlə baş aldadılırdı. Vaxtilə “Neftçi” Kiyev “Dinamo”su, “Fənərbaxça”, “Beşiktaş” kimi klublarla yoxlama oyunları keçirirdi. Biz bunları təsadüfdən etmirdik. Belə qarşılaşmalarda komandanın əsl gücü ortaya çıxır, futbolçular böyük klublar qarşısında “Neftçi” böyüklüyünü hiss edir, məsuliyyətləri daha da artırdı. İlk görüşdəki nəticə aldadıcı idi. Rəqibin əziyyətlə Bakıya gəlməsi, viza, tranzit, futbolçuların “sendviç” macəraları ilə yanaşı, qələbə qazanılsa da, “Neftçi”də problemlərin olması açıq görünürdü. Komanda düzgün koplektləşməyib, müdafiə bərbad vəziyyətdədi. Rəqibin hər hücumu təhlükə yaradırdı. Qapıçının iki “hədiyyə”si nəticəni şərtləndirdi. İlk oyundan dərhal sonra “mükafat” oyunları, eyforiyası onu göstərirdi ki, sanki rəhbərlik göylərdə uçur, qrupu təmin ediblər. Belə futbol “təfəkkür”ün olması təəccüblü deyil. Futbolda təsadüfi, dost-tanış hesabına vəzifəyə gələnlər, vaxtilə qarşımızda qapılarından 8 top görənlərdi. Bordinə gəldikdə isə, özü “Neftçi”yə yalvarıb gəlməyib, ayaqlarına düşüb böyük məbləğ qarşılığında gətiriblər. Buna görə ilk növbədə günahkar rəhbərlikdi” – deyə, Süleymanov bildirib.
Onun fikrincə, klubun strategiyasını, gələcəyini rəhbərlik hazırlayır və buna uyğun da addımlar atılır. Futbolçular isə son mərhələ-icraçılardı. Onları da komandaya cəlb edən rəhbərlik və məşqçilərdi: “İndiki halda, Bordinin dediyi kimi transferləri Kamran Quliyev, Ceyhun Sultanovdan soruşun ifadəsi, baş məşqçi ilə yanaşı birbaşa rəhbərliyi nişan verir. Budapeştdə faciəvi nəticə təsadüfi deyildi. Elə müdafiə, 90 faiz “Neftçi”yə layiq olmayan transferlərlə məntiqi sonluq idi. Məsələyə peşəkar yanaşmaq daha doğru olar. Tərlan Əhmədov yerli məşqçidi. Müqaviləsi bitəndən sonra klub onunla yola çıxmaq istəmədi, daha doğrusu, Kamran Quliyev müəyyən səbəblərə görə yolun davam olunmasını mümkünsüz saydı və təsisçi(lər), Müşahidə Şurası ilə razılaşdırıldığını bildirdi. Reallıqda isə geniş futbol ictimaiyyətinə səbəblər bəlli idi. Strateji olaraq, klub rəhbərliyi böyük səhv etdi, həm “Neftçi” adına, həm də özləri üçün. Baş məşqçi ilə “bürünc” qazanmış komanda Macarıstanda məğlub olsaydı, səbəbkar 100% Tərlan Əhmədov olardı və psixoloji olaraq, rəhbərlik bir qədər rahat davranar, istefaya göndərə bilərdi.
Təcrübəsizlik, mövsüm başa çatmamış tez-tələsik “Sumqayıt”ı “Neftçi”yə dəyişmək, əcnəbi məşqçiyə üstünlük verilməsi tam olaraq fiaskonun məsuliyyətini rəhbərliyin üzərinə qoyur. Tərlan Əhmədovla qələbə olardı ya yox, bu başqa mövzudu. Fakt, səfər faciəsi isə onu göstərir ki, klub rəhbərliyi tək nəticə deyil, insanlıq, mənəvi baxımdan da səhv addım atmış oldu. Bunun zərbəsi ilk növbədə “Neftçi”yə, sadiq azarkeşlərə, futbola dəydi”.
Süleymanov vurğulayıb ki, son illər “Neftçi” bütün anti-rekordları təzələdə də, heç kim könüllü istefa verməyib. İndi də gözlənilmir: “Futbolçu Petrov futbol oynamaq əvəzinə mətbuatda baş məşqçinin yanlış taktikasından danışır, rəhbərlik Bordinə güvəndiyini bildirir, məqsədin Avropa deyil, ölkə çempionatı, kubok olduğu vurğulanır, oyundan öncə “yanan”, məğlubiyyətdən sonra “ölüvay” arxayın gözlərdən, psixoloji durumdan danışılır. Artıq mükafat ödənilməsi də yada düşmür. Son illər olduğu kimi yenə ictimaiyyət, azarkeşlər aldadılmağa çalışılır, vaxt udulur. Bəs çempionatda ali məqsəd çempionluq, kubok qazanıb Avropada oynamaq, nəticə qazanmaq deyilmi?! Əcnəbi baş məşqçi, legionerlər ancaq 8 komandalı rəqabətsiz çempionat üçün transfer olunubmu?! İstər keçmişdə, istərsə indi nə qədər dəstək versək də, şəxsən Kamran Quliyevə dəfələrlə bildirdiyim kimi “Neftçi” adına istənilən köməyi etməyə hazırıq, desək də, çox təəssüf, keçmiş xələflərinin yolunu davam edirlər. Rəqabətsiz çempionatda 2-3-cü yerlərin qazanılması üçün nə ödənişli Bordinə, nə də milyonlarla vəsait hesabına gətirilən mənasız legionerlərə ehtiyac yoxdu, “Neftçi”nin adı kifayətdir. Təəssüf ki, yarıtmaz fəaliyyətlə ildən-ilə əziyyətlə qazanılmış reytinq xalları da minimuma enir. Bu gələcəkdə “Neftçi” üçün böyük çətinliklər yaradacaq. Bu gün “Neftçi” rəhbərliyinin gözündə güclü görünən “Uypeşt” kimi komandalar xəyal olacaq.
4-5 il öncə “Neftçi”ni ələ almaq yolunda hər addım atıldı. Müşahidə Şurasının uğursuzluğundan sonra yenidən prezident idarə-üsuluna qayıdıldı. Əvvəl adını şəffaflıq qoydular, sonra bildirdilər ki, bundan sonra kluba cavabdehliyi yenidən prezident daşıyacaq. Hər gələn dövlətin milyonlarını ata malı kimi xərcləyib gedir. Nə nəticə var, nə də ümid… “Neftçi” sıradan bir klub deyil. Vaxtilə Kamran bəyə bildirdiyim kimi, “Sumqayıt”da 5 məğlubiyyət qazanıb bir qələbə ilə unutdurmaq olar, “Neftçi”də isə 5 qələbədən sonra bir məğlubiyyət faciəyə çevrilir. Bu “Neftçi”nin böyüklüyüdür. Avroliqada isə qələbədən sonra faciə çox tez gəldi və azarkeşlərin gözlədiyi ümidlər qırıldı”.