Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkiləri ilə əlaqədar qardaş ölkənin Azərbaycandakı səfirliyində təşkil olunan seçki məntəqəsində baş tutan səsvermənin açıqlanan nəticələri qardaş Türkiyədən daha çox Azərbaycanın özündə böyük şok hissi yaratdı. Əslində bu rəqəmlər bizi yaxşı-yaxşı düşünməyə vadar edir. Türkiyədən gəlib Azərbaycanda yaşayan, işləyən, iş quran, təhsil alan hər kəsi "qardaşımız" deyə bağrımıza bassaq da, hər şeyin heç də niyyətimizə uyğun olmadığı da göz önündədir. Bunu isə rəqmlər deyir. DİA.AZ olaraq həmin rəqəmləri - yəni Bakıda baş tutan Türkiyə seçimlərinin rəqəmlərini təkrar olaraq təqdim edirik.
Beləliklə, məlum olur ki, ölkəmizdə yaşayan Türkiyə vətəndaşlarının 38,5 faizi Rəcəb Tayyib Ərdoğana səs verib. Onun CHP-dən olan əsas rəqibi Məhərrəm İncə Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının 33,8 faiz səsini qazanıb. HDP-nin namizədi Selahattin Demirtaş səslərin 12 faizini, İYİ Partiyadan Meral Akşener 7,9 faizini toplayıb. Digər namizədlər – Doğu Perinçekə və Temel Karamollaoğluna isə səs verən olmayıb. Parlament seçkilərinə gəlincə, burada 31,7 faiz səslə AKP qələbə çalıb. HDP 25,8 faiz, CHP 21,7 faiz, İYİ Partiya 11,5 faiz səs toplayıb.
Göründüyü kimi, hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyənin doğma Millətçi Hərəkat Partiyası (MHP) Azərbaycanda məskunlaşan Türkiyə vətəndaşlarından yetərli - nəzərəçarpacaq səs ala bilməyib. Alsaydı, səfirlik də bunu etiraf edərdi.
Bəllidir ki, MHP PKK yandaşlarının sıx olduğu bölgələrdə geri qalır və yaxud da ümumiyyətlə səs toplamır. Elə bunu Türkiyədəki son seçkilərin xəritəsini analiz etdikdə də görmək mümkündür.
Və əgər bu gün Azərbaycanda məskunlaşan Türkiyə türkləri də MHP-yə səs vermirlərsə, artıq onların hansı təfəkkürdə olduqları barədə Türkiyə dövləti yox, daha çox bizlər düşünmək zorunda qalırıq.
Bununla bağlı DİA.AZ-a danışan Azərbaycandakı Türkiyə türklərindən olan dostlarımızdan biri qeyd olunan faktı üzüntü ilə qarşıladığını bildirərək, maraqlı məqamlara da toxundu (Qeyd edək ki, həmsöhbətimiz kimliyinin gizli tutulmasında israr etdi -red.): "Təbii ki, üzücüdür. Həm də düşündürücüdür. Ona görə ki, Azərbaycan dövlətinə sığınan türkiyəlilərin əksəriyyətinin qafası sağlam yöndə çalışmır. Təhlükəlidir. Həm Azərbaycan üçün, həm də Türkiyə üçün.
Bu gün Azərbaycanda kimlər Türkiyə adına iş görürsə, həmin adamlar araşdırılmalıdır. Hər iki dövlətimizin istihbarat orqanları Azərbaycanda yaşayanları filtrdən keçirməlidir. Onlar istənilən an düşmən mövqedə dayana bilərlər, təhlükəyə şevrilə bilərlər. Əgər bu gün PKK-ya belə açıq dəstək verirlərsə, deməlu, daha ağır nəticələrə səbəb olan addımlar da ata bilərlər".
Xatırladaq ki, Azərbaycanda təhsil alan türkiyəli tələbələrdən bəzilərinin zaman-zaman açıq PKK təbliğatı apardığı da yerli KİV-lərimizdə xəbərə çevrilmişdi. İndi isə bu məqamı xatırladan həmsöhbətimiz bunları qeyd edir: "Əgər onlar Aponun rozetini Azərbaycanın universitetlərində yaydıqları zaman, PKK-nı təbliğ etdikləri vaxt gərəkən tədbrilər görülsəydi, addımlar atılsaydı, bu sonuc da olmazdı".
Daha sonra həmsöhbətimiz DİA.AZ-a maraqlı bir faktı da açıqladı: "Bu gün bir daha deyirəm, Azərbaycanda çalışan, Türkiyə adından iş görən hər kəs analiz edilməlidir. Məsələn, "BöyükFırat" şəbəkəsində çalışanların əksəriyyəti PKK yandaşlarıdır. Bu iş araşdırılmalıdır. Buna diqqət yönəldilməlidir".
Mövzunun davamı olacaq. Bizi izləyin...