Yenicag Könül Yusifqızının müsahibəsini təqdim edir:
- Açıq-saçıq geyimlərinə görə səni loru dillə desəm, "asıb-kəsənlər" az olmadı... Bu səni qıcıqlandırdımı?
- Geyim heç vaxt əxlaq təcəssümü olmayıb. Bizim cəmiyyətdə əqli, ruhu şikəst insanlar belə düşünür. Adam tanıyıram ki, boğaza qədər bağlı geyimdə, əri ilə toya gedib, əri ayaqyoluna aparıb-gətirir, amma buna baxmayaraq, telefon nömrəsini paylamadığı kişi qalmayıb. Baltaladılar, yazdılar. Hərdən belə şeylərə baxıb gülürəm. Mən çox ciddi veriliş aparıcısı idim, amma heç kim o verilişdən danışmadı. Paltarımın bir hissəsi sürüşdü, hamı həmin geyimdən yazmağa başladı. Adam var, lüt soyunur, amma heç effekti də olmur. Amma mənim bir balaca qolumun, ayağımın görünməsi böyük səs-küy yaradır. Mütləq efirdə dombalağ aşmalısan, hamam xalatı geyinməlisən, şpaqat açmalısan, kiminsə çantasını eşələməlisən ki, oradan bir qadın paketi çıxarasan. Qadın çantasında qadın paketi olar da. Hamamdan hamam xalatı çıxar da. Mən onları qınamıram da, yaxşı edirlər. Çünki bugünkü zamanın nəbzini tuta bilirlər.
- Mətanətə, Zaura söz atırsan? Sonra səndən inciyəcəklər ha!
- Atmaca atmağıma baxma, deyirəm düz eləyirlər də. Həyatın nəbzini tutublar. Mətanəti çox istəyirəm. İstəyirəm onun yanına şpaqat kurslarına gedim.
- Belə götürəndə, onlar da eyni sözü sənə deyə bilərlər ki, Könül də izləyicilərin nəbzini tutmağı bacarır. Açıq-saçıq geyinməyilə...
- Mən həm də aktrisayam axı. Buna görə bütün nəslimə qarşı çıxmışam. Onlar mənim aktrisa olmağıma qarşı çıxıblar. Anam da etiraz edirdi ki, ay qızım, səni alan olmayacaq, qohum-əqrəba nə deyəcək. İllərlə ailəmizdən üz döndərən qohumlarımız da oldu. Neynirəm o qohumu ki, instituta gedəndə bir manat çıxarıb vermədi ki, ay bala, atasız qızsan, birdən pulun olmaz. Amma illər sonra o adamlar teatrda oynadığım hansısa obrazıma görə mənə əl çalırdılar. Vallah bu gün cəmiyyət şit gülüş, ağlaşma, dedi-qodu, açıq-saçıqlıq sevir. Bu yaxınlarda açıq-saçıq fotosessiya etdirdim, hələ ondan da açıq-saçığını edəcəm.
- Niyə?
- Bu mənim üsyanımdır. Bu gün telekanallardan mənə dəvət yoxdur.
- Nə səbəbə?
- Bəzi şeylər var ki, onlardan uzağam.
- Bəzi şeylər deyərkən, nəyi nəzərdə tutursan?
- Telekanallardan küskünəm. ATV telekanalının köhnə rəhbərliyi vaxtında bir layihə apardım. Adını çəkməyəcəm, rəhbərlikdən bir nəfər dedi ki, adamın var? Məəttəl qaldım ki, bu nə deyir. Dedi ki, adamın varsa, gəlib tapşırsın, nə düşmüsən e küçələrə. Çox xətrimə dəydi və bir müddət efirlərdən uzaq düşdüm.
- Aparıcılara baxanda səni ən çox nə qıcıqlandırır?
- İlk öncə özümdən başlayım. Əvvəllər dilimdə qüsurlar vardı: ç, c ilə danışırdım. Üzərimdə işlədim və ustad diktorlardan öyrənib, qüsurumu yığışdırdım. Amma bu gün baxıram ki, bəzi aparıcılar efir mədəniyyətini gözləmir, lazımsız sözlərdən istifadə edirlər.
- Sənin anlamında ən böyük günah nədir?
- İnsan ən böyük etirafı öz-özüylə qalanda edir. Həssas insanam. Hərdən bilirəm ki, bu şey səhvdir, yenə də edirəm. Amma günah olmadığını da bilirəm. Mənim üçün müqəddəs şeylər var. Təəssüf ki, bu günlərdə yaxın bildiyim rəfiqəmdən çox böyük zərbə aldım. Onu sildim həyatımdan.
- Barışıq addımı atdımı?
- Mən kiməm ki, bağışlayım, Allah bağışlasın. Mən bağışlamıram.
- Nə yaman kinlisən?
- "Sarı sim"ə toxunanda olmur, alınmır. Mən də etdiklərimi o qıza halal etmədim.
- Qisas almağı xoşlayırsan?
- Elə ayaqda olmağım ən böyük qisasdır.
- Adam var elə kim gəldi, dərdini, sirrini bölüşür. Sən necə, sirlərini bölüşürsən?
- Elə sirlər var ki, heç kimlə bölüşmürəm. Allahla danışıram, Onunla paylaşıram.
- Qəşəng qadınsan, demə ki, sevgilim yoxdu...
- Hazırda ürəyim boşdur.
- "Sevgilim, məşuqəm ol", deyənlər necə, var?
- Belə təkliflər həmişə olur. Əgər üç uşaq anası, ərli qadına belə təkliflər olursa, səhnədə olan qadına necə olmasın?
- Maraqlı etiraflar istəyirəm e səndən...
- Edim də, ürəyim açılıb e... (gülür) Tələbə idim, ailənin yükü çiynimdə idi. Restoranların birində aparıcı kimi işə düzəldim. Qohum-əqrəbam da məndən üz döndərmişdi. Məcbur idim işləməyə. Sadəlövh qız idim. Müdir işçiləri hər axşam özü evə aparırdı. "06" markalı maşın, gecə saat 1-ə işləyir. Xırdalan mədəniyyət evinin qabağında birdən müdir maşını saxladı, mənə pis tərzdə əl-qol atmağa başladı. Düşdüm ayaqlarına ki, qurban olum mənə dəyməyin, anam məni öldürəcək. Kişi şoka düşdü ki, bu niyə belə edir. Sakitləşdirdi, oturdu maşına, evə apardı. Bir də ora getmədim. Üstündən bir müddət keçəndən sonra təsadüfən həmin adamı gördüm. Dedi "həmin yerdə maşınım xarab oldu, səhərə qədər yolda qaldım. Düşündüm ki,qələt elədim. İt oğluyam, səninlə işim olsa". Adam indi ölkədə çox böyük biznesmendir. İllər ötdükcə, belə təkliflər çox oldu. Anladım ki, həyatda belə şeylər də varmış. Demirəm ki, mələyəm. Bir tək qadın olaraq ayaqda durmaq çox çətindir.
- Hələ o qadın biraz da cazibədar olarsa...
- Demə-demə. Bir problemim var idi, ailəvi dostumuza müraciət etdim. O da məni məmur dostunun yanına yönləndirdi. Bizimkilər kabinet sevən olur axı. İçəri girən kimi hörmət-izzətlə qarşıladı. Çayımı-suyumu gətirdilər. Bir müddət sonra dedi ki, gəlin, oturaq, danışaq. Dövlət idarəsində - kabinetində ehtirasla üstümə necə cumdusa, çaşıb qaldım. Dedi burada nə var axı, kişinin qadından xoşu gələr də. Dedim ayıb olsun. Acıladım çıxdım. Ə, bunu adam kimi elə də. Bir çaya dəvət elə. Ya "hə" deyəcəm, ya "yox". Amma deyim ki, bugün hələ ki, heç kim yoxdur.
- İnandırıcı deyil. Deyirlər, Azərbaycanda 50 faiz kişi varsa, 20 faizi səndən ötrü ölür. Ola bilməz ki, həyatında heç kim olmasın.
- Uşağın atasından yeni ayrılmışıq.
- Bu səbəb deyil axı...
-Geyindiyi şalvar kişilik təcəssümü deyil. Kişi qadına sahib çıxmalıdır. O demək deyil e, yatdı-durdu, sonra səninki səndə, mənimki məndə.
- Deyirsən yəni, bu münasibət evliliklə nəticələnməlidir?
- Evlənə də bilər, saxlaya da bilər.
- O qədər kişilər var ki, arvadına sahib çıxmır. Elə kişi olsun ki, yanında özümü yığışdırım.
- Sillə-qapazın altına salsın?
- Yox. Sillə çəkən zəif kişidir. Guya özünü təsdiqləyir. Başıma qapaz çəkməkdənsə, elə baxsın qorxuya düşüm. Desin ki, "köpək qızı" nə dingildəyirsən, sənin üçün hər şey edirəm də...
- Etirafların xoşuma gəldi. Bəziləri kimi riyakarlıq etmədin...
- Yalanla işim yoxdur. Qadın var e, deyir üstümə erkək milçək qonmayıb. Əxlaqdan, namusdan danışır. Ay qız, axı bilirəm, filan yerdə filankəslə nələr eləmisən, heç olmasa sus. Belələri də var. Bilirsən nə oyunlardan, pəstahlardan çıxırlar. Hansı ki, etdikləri yatsam, yuxuma girməz. 40 yaşım var, bu yaşa qədər həyatımda kiminsə olmaması o deməkdir ki, gör nə gündəyəm. Demək anormalam, ya da başım xarab olub da. Hərdən deyirlər, Könül pulgirdir, pullu kişi axtarır. Xeyr, elə deyil. İndi təkəm, çətinlik çəkirəm. Qızım dünyaya gələndə uşağın atası həbsdə idi. İndi uşaq çiynimdədir, anam xəstədir. Maşınımı satışa qoymuşam ki, borcumu, xərcimi bağlayım. Bu da keçəcək. Bir kişiyə çox böyük ehtiyacım var. Amma istəyirəm mənim nazımı çəksinlər. İstəmirəm yanımda kişi olsun, yenə də maddi problemlərlə əlləşim. Demirəm, mənə Mayamidə villa alsın. Amma yanımda olduğunu hiss edim. Düşünməyim ki, filan paltarı almaq üçün pul yığım. Gəzməyə gedəndə bunları düşünməyim. Desin, narahat olma, həll edərik. 18 yaşım yoxdur ki, sevəm, romantika ilə yaşayam. Mən hansı maşından sürürəmsə, heç olmasa o maşından alsın, cəhənnəm, kreditini ödəsin də. Bu pulgirlik deyil. Qadın kimi normal yaşamaq istəyirəm. Əlbəttə, kişilər də istəyir ki, yanında ağlıbaşında qadın olsun.
- İnanmıram. Kişilər ağılsız qadınları daha çox sevir.
- Təəssüf ki, bizim cəmiyyətdə belədir. Xarici ölkələrdə oliqarx kişilər özlərinə yaşı 35-i keçən xanımları seçir ki, yerini, danışığını bilən qadın olsun. İstəyirəm evimin xanımı olum. Amma qızıma görə ərə getmək istəmirəm. Ailə qurmaq 50-də də olar, 60-da da. Bizdə isə deyirlər ki, buna bax e, əriyib-çürüyəsən, 60 yaşı var, ərə gedir. Niyə də yox. Yaşı50-ni keçdi, qırmızı geiyinmək olmaz. Hansı qanun məcəlləsində belə yazılıb? Ağlın şikəstliyindən belə düşünürlər. Əvvəllər kişilər məhəllə qadınına hörmətlə yanaşardılar. İndi oturub həmin qadını güdürlər. Bəzi kişilər qeybətcildir. Soruşanda niyə boşanmısan, deyir arvadım fahişə idi. Amma qadın yazıqdan soruşanda niyə boşanmısan, deyir alınmadı. Kişi var e, deyir filankəsin əri də var, amma qıraqda adamı da var. Bunu abırla edir, heç kimin xəbəri olmur. Ərsiz qadın üçün həyatını qurmaq çətindir. Bir salam verirsən, deyir dırmaşmışam ağaca. Təəssüf ki, belə kişilər var.
- Cəmiyyətin təpkisi vecinədirmi?
- Vecimə deyil. Mənə lazım olan adamlar məni olduğum kimi qəbul edir. Bilirlər ki, geyimim əxlaqımın təcəssümü deyil. Cəmiyyətdən mənə nə?! Kim kimlə yatdı-durdu, özü bilər. Şam özgənin, dam özgənin. Yaşamın dadını çıxara bilmirik, onun-bunun həyatına burun soxuruq.
- Ən ifritə xüsusiyyətin nədir?
- Ən mənfi cəhətim budur ki, o an cavab vermirəm. Üçüncü dəfə çox pis sancıram. Ən zəif nöqtələrini tapıb vururam. Yaxınlarım bunu bilir. Bununla ürəyim sakitləşir. Mənə pislik edəni niyə bağışlamalayım ki?! 4 ildir söz vermişəm, qabağımda at oynadanın başın əzərəm.
- Evli kişinin məşuqəsi olarsan?
- Niyə də yox?
- Xanımı qarşısında özünü günahkar sayarsan?
- Özümü Allah qarşısında günahkar sayaram.
- Onları ayırmağa çalışarsan?
- Qətiyyən. Kişi arvadı üçün rahat şərait yaratsın, arvadının da mənimlə işi olmasın.
- Qısqanmazsan ki, onu?
- Arvadına qısqanmaram. Mənə qədər o var idi.
- Bu yazıdan sonra sənə hücumlar olacaq. Yəqin gözə almısan.
- Olacaq. Cəmiyyətin bir hissəsi çirk tuluğudur. Bağlı geyinsəm, deyəcəklər kişi tapdı. Açıq-saçıq geyinsəm də, deyəcəklər, kişi axtarır.