Qəbristanlıq ətrafında qanunsuz ev tikənlər nədən şikayətçidir?
Abşeron rayonunda qəbiristanlığın yaxınlığında yaşayan qonşular şəhid məzarı ilə bağlı rəsmi qurumlara müraciət ediblər. Belə ki, onlar məzarın evlərinin içindən göründüyünü və bundan narahatlıq keçirdiklərini bildirirlər. Qonşular başdaşı üzərindəki gənc əsgər Asim İsayevin şəklindən qorxduqlarını deyir və hündür hasara alınmasını istəyiblər.
Şəhid Asim İsayevin bibisi Simuzər Əmiraslanova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qardaşı oğlunu 2017-ci ilin avqust ayında burada dəfn ediblər: “Asim evin tək oğludur, 1 bacısı var. Ötən il hərbi xidmətdə olarkən şəhid oldu, burada dəfn etmişik. İndi qonşular deyir “biz şəhidin başdaşından qorxuruq, hasara alın”. 25 qonşu hər yerə şikayət edib. Artıq daş, sement və qum da gətirib töküblər. Qəbiristanlığın rəhbərliyi də deyir ki, qonşular üstümə tökülüşüb, məcbur hasar çəkməliyəm. Atası taksi fəaliyyəti ilə məşğul olub bu məzarı düzəltdirib, anası hər ay maaşını bu güllərə verib gətirib qəbirin üstünə qoyur. Məzarın hasara alınması Azərbaycan şəhidinə təhqirdir”.
Qəbiristanlığın rəhbəri İsamil İsayev də belə bir problemin olduğunu təsdiqləyib: “Qonşular meriyaya, prokurorluğa, polisə, icra hakimiyyətinə şikayət yazıblar ki, o qəbirdən qorxuruq. Rəsmi şəxslər gəlib baxdılar, məlum oldu ki, o evlər qanunsuz tikilib, heç birinin də sənədi yoxdur. Sonra Abşeron Rayon İcra Hakimiyyətindən mənə dedilər ki, məzarı hasara al. Mən də 1000 daş aldım, sement, qum alıb hasarı çəkməyə başladım. Şəhidin yaxınları gəlib narazılıq etdilər. Ardıyca rayonun baş memarı Akif müəllim dedi ki, “sənə səhv məlumat veriblər, tikmə”. Mən də saxladım. Bir müddət sonra ikinci dəfə mənə tapşırdılar ki, tik. Orada bir qəbirüstü büst var, o mərhumun qardaşı Vüqar polis polkovnikidir. Bu dəfə də o mənə imkan vermədi ki, şəhidin məzarını hasara alaq. Mən də ikinci dəfə sökdürdüm.
On gün əvvəl məsələ yenə gündəmə gəldi, bu dəfə də materialları alıb gətirib tökdüm. Xırdalan meri Rafiq müəllim deyir tik, bələdiyyənin sədri Eldar müəllim deyir tikmə”.
İ.İsayev bildirib ki, şikayət edən qonşuların evlərinin sökülməsi də gündəmə gəlib, hətta bir ev qəbiristanlığın ərazisində tikilib: “Şəhidin dəfn olunduğu yer qəbiristanlığın ərazisidir, evlərin də bəziləri bizim ərazidə tikilib. Onlara da bir söz deyən yoxdur. Məsələ ilk gündəmə gələndə Əmlak Komitəsi həmin evlərin söküləcəyini deyirdi, sonra nəyəsə görə məsələ qaldı. Orada bir qırmızı ev var, pəncərələri qəbiristanlığa açılır”.
İ.İsayev qeyd edib ki, şəhid məzarının hasara alınıb-alınmayacağı ilə bağlı hələ ki, konkret bir qərar yoxdur.