"İNFİNİTİ" KLUB - VƏTƏNDAŞLARIN BƏDBƏXTÇİLİYİ ÜZƏRİNDƏ ÖZ XOŞBƏXTLİYİNİ QURUR!!!

Bakı şəhərində özünəməxsus formalarda biri-biri ilə rəqabət aparan müxtəlif klublar, əyləncə mərkəzləri, insanların mədəni istirahəti üçün nəzərdə tutulubdur desəm, yəqin bizi ağılsız sayarsınız. Amma inanın ki, dediyimiz həqiqətdir. Lakin istirahət növü və istirahət edənlərin vətəndaşlığı fərqlidir.
Bir çox gecə klubları kimi sonsuz "xidmət və məharət"ləri ilə " könül oxşayan" Nərimanov rayon ərazisində yerləşən "İnfiniti klub" "qonaqpərvər"liyi ilə nəinki ölkədə, ölkədən kənarda da "böyük şöhrət" qazanıb. Bir də bu "şöhrət" boşuna əldə edilməyib axı. Yüksək çinli məmurların himayədarlıq etdikləri ehtimal edilən əslən Naxçıvan MR-nin Ordubad rayonundan olan klubun sahibləri Malik Murad adlı qardaşlarının və İran İslam Respublikasının vətəndaşı, İran İslam Respublikasının Azərbaycandakı səfiri ilə yaxın qohum olduğu ehtimal edilən Əhməd adlı şəxslərin "ağır və məşəqqətli zəhmət"ləri sayəsində başa gəlib. Məhz belə "zəhmət"in sayəsindədir ki, ölkəmizə qonaq gələn kişi cinsindən olan vətəndaşlar Beynəlxalq Hava Limanından birbaşa "İnfiniti klub"da yerləşirlər. Yəqin düşünürsünüz ki, burada göstərilən xidmətin yüksək səviyyədə olmasıdır? Əslində heç də yanılmırsınız. Xidmət olduqca yüksək səviyyədədir. Amma gəlin görək hansı xidmət?
Ehtimallara əsasən burada az yaşlı və tələbə qızların cinsi istismara təhrik edilməsi, satışı və istifadəsi qadağan olunmuş narkotik tərkibli dərman preparatlarının məhz qardaşlardan biri, Malikin satışı təşkil etməsi, o ərazidə fəaliyyət göstərən taksi sürücülərinin işləmələri üçün gündəlik 10 AZN haqq ödəmələri, "İnfiniti klub"unun səlahiyyət sahiblərinin "bacarıq"larının nəticəsidir.
"Qəhrəaman"ların fəaliyyətinin yalnız bununla məhdudlaşdığını düşünürsünüzsə yanılırsınız. "İşgüzar" üçlük yüksək çinli məmurlar sayəsində burada jurnalistlərin informasiya əldə etmələri ciddi şəkildə məhdudlaşdırılır, müxtəlif təsirlərə məruz qalırlar.
Yuxarıda qeyd olunan ehtimalları nəzərə alaraq DTX-dən, DİN-dən və digər hüquq mühafizə orqanlarından bu cür halların aradan qaldırılması nöqteyi-nəzərindən,hüquq müstəvisində qiymətləndirilməsini xahiş edirik.

Oxşar xəbərlər